Ali-İmran Surəsi 104. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.
Bünyadov-Məmmədəliyev:
(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.
Elmir Quliyev :
Пусть среди вас будет группа людей, которые будут призывать к добру, повелевать одобряемое и запрещать предосудительное. Именно они окажутся преуспевшими.
Ələddin Sultanov:
Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır. (Təfsirçilər bu ayəni əsas alaraq müsəlmanların içində yaxşılığı əmr edib pis işləri qadağan edən ictimai bir təşkilatın olmasının fərzi-kifayə olduğunu bildirmişlər.)
Kerbelayi Malik ağa:
Sizin içinizdən xeyirə dəvət edən (mürşidlərdən) bir camaat olsun marufla (yaxşılığı) əmr etsin münkəri (pisliyi, günah işləri) qadağan etsin. Onlar fəlaha çatanlardır.
Ələsgər Musayev:
Gərək olsun sizdən bir ümmət ki, dəvət etsin xeyirə tərəf əmr etsin mərifət ilə qadağan etsin inkardan. Həmin onlar nicat tapanlardır.
A.Mehdiyev və D.Cəfərli:
G?r?k sizd?n (aran?zda) (insanlar?) xeyir is? d?v?t ed?n, yaxs? is? buyuran v? pislikl?rd?n c?kindir?n bir d?st? olsun. M?hz onlard?r nicat tapanlar!
Kövsər Tağıyev:
Sizdən xeyrə səsləyən, yaxşılığı əmr edən, pisliyi qadağan edən bir camaat olsun. Qurtuluşa nail olanlar onlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy sizin içərinizdən xeyrə çağıran, bəyənilən işlər görməyi buyuran pis əməllərdən çəkindirən bir camaat olsun! Onlar uğura qovuşanlardır.
Sabirə Dünyamalıyeva:
sizin içinizdə xeyirə dəvət edən, hər kəs tərəfindən qəbul edilmiş yaxşı işləri [görməyi] əmr edən, vəhy ümumi ağıl tərəfindən pisliyi - eybəcərliyi qəbul edilən şeylərin qarşısını alan bir camaat olsun. Bax məhz onlar nicat tapanlardır.