Əlixan Musayev:
Biz ayələri beləcə izah edirik ki, onlar: “Sən dərs almısan”– desinlər və Biz də onu (Quranı) bilən adamlara izah edək.
Bünyadov-Məmmədəliyev:
Biz ayələrimizi belə açıqlayırıq ki, onlar (sənin peyğəmbərliyini inkar edənlər): “Sən dərs almısan (bunları başqalarından öyrənmisən)”, - desinlər və Biz də onu (Quranı) bilən (elm və bilik sahibi olan) bir camaata izah edək. (Kafirlər Allahın birliyini, qüdrət və əzəmətini inkar etməklə daha şiddətli əzaba layiq olsunlar, möminlər isə onları təsdiq etdikləri üçün daha çox savab qazansınlar).
Elmir Quliyev
:
Вот так Мы излагаем различным образом аяты, чтобы они сказали: "Ты обучился этому!" — и чтобы Мы разъяснили его людям знающим.
Ələddin Sultanov:
Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər və həmçinin onu (Quranı), anlayan bir qövm üçün açıqlayaq deyə ayələri bu şəkildə izah edirik. (Bu ayədə keçən “Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər” ifadəsi təfsirçilər tərəfindən belə izah edilmişdir; Müşriklərdən bəziləri Həzrət Peyğəmbərə (s.ə.s) iftira ataraq Quran ayələrinin Allah tərəfindən gələn vəhy deyil, peyğəmbərin (s.ə.s) bəzi kimsələrdən öyrəndiyi sözlər olduğunu iddia edirdilər. Buna görə də Allah-Təala ayələrini bu şəkildə tədrici olaraq nazil etdi ki, həmin müşriklərin küfrləri daha da artsın, eyni zamanda möminlərin imanları daha da qüvvətlənsin.)
Kerbelayi Malik ağa:
Beləcə ayələri ayrı-ayrı açıqlayırıq ki, ‘Sən dərs (elm) almısan’ desinlər və onu bilən bir qövmə bəyan edək.
Ələsgər Musayev:
Beləcə sərf edirik ayətləri, deyələr: «Sən dərs alırsan» və Biz də onu bilən qoum üçün bəyan edək.
A.Mehdiyev və D.Cəfərli:
Biz ayə və nişanələri (uca və ali məqsədlər üçün) bu cür müxtəlif (şəkillərdə) gətiririk. Və ona görə (belə gətiririk) ki, (qəlbləri kor insanlar) desinlər: «Sən (kitab əhlinin yanında) dərs oxumusan.» Və (həm də) ona görə ki, onu, bilən dəstə üçün açıqlayaq.
Kövsər Tağıyev:
Biz ayələri müxtəlif yollarla belə açıqlayırıq ki, onlar: “Sən yaxşı dərs almısan”, – desinlər və Biz də bilən bir topluluq üçün onu (Qur`anı) bəyan edək.
M.Qənioğlu və T.Bilaloğlu:
Ayələrimizi Biz beləcə müfəssəl aydınlaşdırırıq ki, onlar: "Sən kimdənsə dərs almısan." - desinlər, Biz isə bunu anlayan adamlara izah edək.
Sabirə Dünyamalıyeva:
Bax beləcə, Biz sənə: "Sən dərs almısan/bunları bir yerdən oxuyub öyrənmisən" desinlər və [Biz də] izah edək deyə ayələri müxtəlif şəkillərdə gətiririk/açıqlayırıq.