Əlixan Musayev:
Mənim borcumdur ki, Allah barəsində yalnız həqiqəti deyim. Mən Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirmişəm. Elə isə İsrail oğullarını mənimlə göndər”.
Bünyadov-Məmmədəliyev:
Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil (möcüzə) gətirmişəm. İndi (kölə etdiyin) İsrail oğullarını mənimlə bərabər (babalarının vətəni olan Şama) göndər!”
Elmir Quliyev
:
Мне полагается говорить об Аллахе только правду. Я принес вам ясное знамение от вашего Господа. Пошли же со мной сынов Исраила (Израиля)".
Ələddin Sultanov:
Allah barəsində yalnız həqiqəti söyləmək mənim borcumdur. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gətirmişəm. İsrail oğullarını mənimlə bərabər göndər (azad et)!” (İsrail oğulları daha əvvəl Həzrət Yusif peyğəmbər Misirdə xəzinədar ikən ataları Həzrət Yaqub peyğəmbərlə birlikdə Fələstindən köçərək Misirə yerləşmişdilər. Daha sonraları Misirin fironları onları qul kimi işlətdilər və onlara müxtəlif əzab-əziyyətlər verdilər. İsrail oğullarından olan Həzrət Musa da Firona, öz xalqını Misirdən çıxardıb təkrar Fələstinə aparmağı təklif etmişdi.)
Kerbelayi Malik ağa:
Haqq olan Allaha qarşı Haqqdan başqa bir şey söyləməməyimdir. Sizə Rəbbinizdən bəyyinə (açıq dəlil, möcüzə) ilə gəldim. Artıq İsrail oğullarını mənimlə birlikdə göndər.
Ələsgər Musayev:
Həqiqət budur ki, gərək mən Allaha görə haqdan başqa bir şey deməyəm. Mən gəldim sizə aşkar bəyanatla Rəbbinizdən və Israil oğullarını mənimlə göndər!»
A.Mehdiyev və D.Cəfərli:
Allah barəsində yalnız haqqı deməyə borcluyam. Şübhəsiz, sizin üçün (tovhid və öz nübuvvətim barəsində) aydın bir dəlil gətirmişəm. Odur ki, (onları qəbul et və) Bəni-İsraili mənimlə (öz əsl vətənləri olan Beytül-Müqəddəsə) göndər».
Kövsər Tağıyev:
Mənə, Allaha qarşı yalnız həqiqəti söyləmək yaraşar. Mən sizə Rəbbinizdən açıq-aydın bir dəlil (möcüzə) gətirdim. Artıq İsrail oğullarını mənimlə göndər.
M.Qənioğlu və T.Bilaloğlu:
Mən Allah barəsində yalnız haqqı deməliyəm. Həqiqətən, mən sizə Rəbbinizdən aydın dəlillə gəlmişəm. İsrail övladlarını (köləlikdən azad edib) mənimlə göndər".
Sabirə Dünyamalıyeva:
Allah barəsində həqiqətdən başqa bir şey deməmək mənim borcumdur. Həqiqətən mən sizə, Rəbbinizdən açıq-aşkar bir sübutla gəldim. Elə isə İsrail oğullarını mənimlə göndər." dedi.