Əlixan Musayev:
Əgər Allah istəsəydi, onlar şərik qoşmazdılar. Biz səni onların üstündə gözətçi qoymamışıq və sən onları qoruyan da deyilsən.
Bünyadov-Məmmədəliyev:
Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!
Elmir Quliyev
:
Если бы Аллах пожелал, то они не приобщали бы сотоварищей. Мы не назначили тебя их хранителем, и ты не являешься их попечителем.
Ələddin Sultanov:
Əgər Allah diləsəydi, onlar müşrik olmazdılar. Səni onların üstündə gözətçi qoymamışıq. Sən onların vəkili də deyilsən.
Kerbelayi Malik ağa:
Əgər Allah diləsəydi, şirk qoşmazdılar. Səni onların üzərinə mühafiz qoymadıq. Sən onlara vəkil də deyilsən.
Ələsgər Musayev:
Əgər Allah istəsəydi onlar müşrik olmazdı və Biz səni onlar üzərində mühafiz etməmişik və sən onlar üzərində vəkil deyilsən.
A.Mehdiyev və D.Cəfərli:
Əgər Allah (məcburiyyətlə vadar etmək) istəsəydi, onlar (Ona) şərik qoşmazdılar (lakin iman və əməl sahəsində Allahın adəti bəndəyə ixtiyar verməkdir). Səni də (xilqətin əvvəlindən) onların gözətçi və qoruyucuları etməmişik və sən onların vəkili deyilsən (ki, onları zorla iman gətirməyə məcbur edəsən).
Kövsər Tağıyev:
Allah istəsəydi, şərik qoşmazdılar. Biz səni onlara bir gözətçi təyin etməmişik. Sən onlara vəkil (onlara görə məsuliyyət daşıyan) deyilsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah istəsəydi onlar Ona şərik qoşmazdılar. Biz səni onların üzərinə bir nəzarətçi qoymamışıq və sən onların üzərində vəkil də deyilsən.
Sabirə Dünyamalıyeva:
Və əgər Allah istəsəydi, onlar şərik qoşmazdılar. Biz, səni onların gözətçisi etməmişik, sən onlar üçün işləri müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən biri də deyilsən!