Əlixan Musayev:
Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəbbinin dilədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. (Bu,) tükənməz bir sovqatdır.
Bünyadov-Məmmədəliyev:
Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar, Rəbbinin dilədiyindən (bəzi kamil möminlərin daha yüksək mərtəbələrə - ərşi-əlaya qalxması, bir müddət Cəhənnəmdə əylənməsi və Allahın izni ilə onlara günahkarlardan ötrü şəfaət etmək şərəfi nəsib olmasından) əlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca orada əbədi qalacaqlar.
Elmir Quliyev
:
Счастливые же пребудут в Раю. Они пребудут там вечно, пока существуют небеса и земля, кроме того, что пожелает твой Господь. Это будет неиссякаемый дар.
Ələddin Sultanov:
Xoşbəxt olanlar isə cənnətdədirlər. Rəbbinin dilədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, bitməz-tükənməz bir nemətdir.
Kerbelayi Malik ağa:
Lakin səid (xoşbəxt) olanlar artıq cənnətdədir. (Cənnətlərin) səmaları və yeri durduqca, Rəbbinin dilədiyi şey (cənnəti yox etməyi diləməsi) xaric, onlar orada əbədi qalacaqlar.
Ələsgər Musayev:
Amma o kəslər ki, xoşbəxtdirlər,
həmişəlik cənnətdə olacaqlar, nə qədər ki, səmalar və ərz
durur, ancaq nə ki, sənin Rəbbin istəyə. Onun bəxşişləri heç
zaman tükənməz.
A.Mehdiyev və D.Cəfərli:
Xoşbəxt olanlara gəldikdə, onlar Cənnətdədirlər. (Axirət aləminin) göylər(i) və yer(i) durduqca, orada əbədi qalacaqlar, Rəbbinin istədiyi şey istisna olmaqla. (Bu, ardı-arası) kəsilməyən bir bəxşişdir.
Kövsər Tağıyev:
Xoşbəxt olanlara gəlincə, onlar göylər və yer durduqca içində əbədi qalacaqları cənnətdədirlər. Ancaq Rəbbinin diləməsi başqadır. Bu, onlara bitməz-tükənməz bir lütf olaraq verilmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Xoşbəxtlik nəsib olunanlar isə tükənməz bir mükafat olaraq, göylər və yer durduqca cənnətdə - orada ancaq sənin Rəbbin istədiyi vaxta qədər daimi qalacaqlar. (Bu), tükənməz bir mükafatdır.
Sabirə Dünyamalıyeva:
Və o xoşbəxt olanlara gəldikdə, onlar da göylər və yer durduqca, arxası kəsilməyən bir nemət olaraq cənnətin içində sürəkli qalacaqlar. -Ancaq Rəbbinin dilədiyi istisna olmaqla.-