Bəqərə Surəsi 108. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa (bundan )əvvəl Musadan tələb olunduğu kimi siz Peyğəmbərinizdən (möcüzə) tələb etmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, əlbəttə, doğru yoldan azmışdır.
Bünyadov-Məmmədəliyev:
(Ey Məkkə əhli!) Yoxsa siz bundan əvvəl Musa sorğu-suala çəkildiyi kimi Peyğəmbərinizi (Muhəmmədi) sorğu-suala çəkmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, həqiqətən, doğru yoldan azmışdır.
Elmir Quliyev :
Или же вы хотите попросить вашего Посланника, как прежде они (сыны Исраила) попросили Мусу (Моисея)? Кто сменил веру на неверие, тот уже сбился с прямого пути.
Ələddin Sultanov:
Yoxsa daha əvvəl Musadan tələb olunduğu kimi siz Peygəmbərinizdən (müəyyən şeylər) tələb etmək istəyirsiniz? Kim imanı küfrə dəyişərsə, həqiqətən, o, doğru yoldan azmış olar.
Kerbelayi Malik ağa:
Yoxsa siz bundan əvvəl Musa (ə.s) sorğu-suala çəkildiyi kimi, rəsulunuzu (ondan şübhəyə düşərək) sorğu-suala çəkmək istəyirsiniz? Kim imanı küfr ilə dəyişdirsə, artıq o doğru yoldan sapmışdır.
Ələsgər Musayev:
Yoxsa istəyirsiniz ki, sual edəsiniz rəsulunuzu qədər sual edildi Musa qabaqcadan? kim dəyişə küfrü iman iləfəqət zəlalətdədir bərabərində yolun.
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa siz Peyğəmbərinizdən bundan qabaq Musadan (Allahın gözlə görülməsi) istənilən kimi (qeyri-mümkün ya faydasız bir iş) istəmək istəyirsiniz?! İmanın yerinə küfrü qəbul edən şəxs, həqiqətən, doğru yolu itirmişdir.
Kövsər Tağıyev:
Yoxsa daha əvvəl Musanın sorğu-suala çəkildiyi kimi siz peyğəmbərinizi sorğu- suala çəkmək istəyirsiniz? Kim imanı küfrə dəyişərsə, o, artıq doğru yoldan azar.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa vaxtilə Musanın sorğu-suala tutulduğu kimi sizdəmi öz peyğəmbərinizi sorğuya tutmaq istəyirsiniz ? İmanı küfrə dəyişən doğru yoldan azmış olar.
Sabirə Dünyamalıyeva:
Yoksa siz Elçinizi, bundan əvvəl Musanın sorğu sual edilməsi kimi, sorğu-suala çəkmək istəyirsiniz? hər kim imanı küfrə dəyişsə, artıq o, düz yolun ortasını itirər.