Əlixan Musayev:
Bax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan ötrü mübahisə edirsiniz. Bəs Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək və yaxud onları kim qoruyacaq?
Bünyadov-Məmmədəliyev:
(Ey xainləri müdafiə edənlər!) Budur, siz dünyada onlardan ötru (onların xeyrinə) mübahisə etdiniz, bəs qiyamət günü kim onlardan ötrü Allahla mübahisə edəcəkdir? Yaxud onlara kim vəkil olacaqdır?
Elmir Quliyev
:
Вот вы препираетесь за них в этом мире. Но кто станет препираться за них с Аллахом в День воскресения? Или кто будет их защитником?
Ələddin Sultanov:
Bax siz, dünya həyatında onlar üçün mübahisə edən kəslərsiniz. Bəs qiyamət günü kim onlar üçün Allahla mübahisə edəcək, yaxud kim onlara vəkil olacaq?
Kerbelayi Malik ağa:
Siz beləsiniz. Dünya həyatında onlar üçün mübahisə edirsiniz (onları müdafiə edirsiniz). Lakin qiyamət günü onları Allahdan kim müdafiə edəcək və ya kim onlara vəkil olacaq?
Ələsgər Musayev:
Hə, siz bunlarsınız dünya
həyatında onlar görə mübahisə edirsniz. Kim qiyamət günündə
Allahla mübahisə edəcək onlara görə, ya kim onların vəkili
olacaq?
A.Mehdiyev və D.Cəfərli:
(Oğrunun qəbiləsinə xitabən:) Bir baxın, (tutaq ki,) dünya həyatında onları (xainləri) siz müdafiə etdiniz, amma (bəs) onları Qiyamət günü Allahın qarşısında kim müdafiə edəcək, yaxud kim onların işinə yarayacaq?!
Kövsər Tağıyev:
Siz elə kimsələrsiniz ki, (tutaq ki,) dünya həyatında onları müdafiə etdiniz. Bəs qiyamət günü onları Allah qarşısında kim müdafiə edəcək, yaxud kim onlara vəkil olacaq?
M.Qənioğlu və T.Bilaloğlu:
Budur, siz bu dünyada onlardan ötrü mübahisəyə girdiniz. Bəs qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək və ya onlara kim vəkillik edəcəkdir?
Sabirə Dünyamalıyeva:
Haydı, siz bəsit dünya həyatında onları müdafiə etdiniz. Yaxşı, bəs qiyamət günündə Allaha qarşı onları kim müdafiə edəcək? Yaxud da kim onlar üçün "işlərini bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən" olacaq?