Əlixan Musayev:
Elçiləri (onlara) dedilər: “Biz də sizin kimi bir insanıq. Lakin Allah Öz qullarından istədiyinə lütfkarlıq edir. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy möminlər ancaq Allaha təvəkkül etsinlər.
Bünyadov-Məmmədəliyev:
Peyğəmbərləri onlara cavab verərək demişdilər: “(Bəli) biz də sizin kimi adi bir insanıq. Lakin Allah Öz bəndələrindən dilədiyinə nemət (peyğəmbərlik) bəxş edər. Allahın izni olmadan biz sizə heç bir dəlil (möcüzə) gətirə bilmərik (buna qüdrətimiz çatmaz). Möminlər yalnız Allaha təvəkkül etsinlər!
Elmir Quliyev
:
Посланники говорили им: "Мы — такие же люди, как и вы. Однако Аллах оказывает милость тому из Своих рабов, кому пожелает. Мы не можем явить вам знамение без соизволения Аллаха. Пусть же верующие уповают только на Аллаха!
Ələddin Sultanov:
Peyğəmbərləri onlara dedilər: “Biz də sizin kimi bir insanıq. Lakin Allah nemətini (peyğəmbərliyi), Öz qullarından dilədiyi kimsəyə bəxş edər. Allahın izni olmadan sizə bir dəlil (möcüzə) gətirə bilmərik. Möminlər Allaha təvəkkül etsinlər!
Kerbelayi Malik ağa:
Onlara rəsulları belə dedi: ‘Biz də ancaq sizin kimi bəşərik (insanıq). Lakin Allah qullarından dilədiyini nemətləndirər. Biz Allahın izni olmadan bir sultan (möcüzə, dəlil) gətirə bilmərik. Artıq möminlər Allaha təvəkkül etsinlər.’
Ələsgər Musayev:
Rəsulları onlara dedilər: «Biz ancaq bəşərik sizin misliniz
və lakin Allah minnət qoyur üzərinə bəndələrindən kimə
istəsə. Olmaz bizim üçün gətirək sizə hökm, ancaq iznilə
Allahın. İnananlar gərək Allaha təvəkkül etsinlər.
A.Mehdiyev və D.Cəfərli:
Peyğəmbərləri onlara dedilər: «(Bəli,) biz də sizin kimi yalnız bir bəşərik. Lakin Allah Öz bəndələrindən istədiyinin boynuna haqq qoyur (və onu peyğəmbərliyə seçir). Allahın əmri və istəyi olmadan biz sizə bir dəlil (və möcüzə) gətirə bilmərik və (bu) ağıl baxımından (da) mümkün deyildir. Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər».
Kövsər Tağıyev:
Peyğəmbərləri onlara dedi ki: “Biz ancaq sizin kimi bir insanıq. Lakin Allah qullarından istədiyinə (peyğəmbərlik) nemətini bəxş edər. Allahın izni olmadıqca bizim sizə bir dəlil gətirməyimiz mümkün deyil. Möminlər yalnız Allaha təvəkkül etsinlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Peyğəmbərləri onlara dedilər: "Biz doğrudan da ancaq sizin kimi insanlarıq. Lakin Allah Öz bəndələrindən istədiyi kəsə lütf göstərir. Allahın izni olmadan Biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy iman gətirənlər Allaha təvəkkül etsinlər!
Sabirə Dünyamalıyeva:
Elçiləri onlara dedilər ki: "Biz, ancaq sizin kimi bir insanıq. Lakin Allah, qullarından dilədiyinə nemət verər. Və Allahın izni/xəbəri olmadıqca bizim sizə bir dəlil gətirməyimiz mümkün deyil.