Əlixan Musayev:
Əgər zövcələrinizdən hər hansı biri sizi qoyub kafirlərin yanına getsə və siz də (kafirlərlə) vuruşub qalib gəlsəniz, (ələ keçirdiyiniz qənimətdən) zövcələri çıxıb getmiş kimsələrə onların sərf etdikləri (mehr) qədər verin. İman gətirdiyiniz Allahdan qorxun!
Bünyadov-Məmmədəliyev:
Əgər zövcələrinizdən biri sizdən qaçıb (mehrini geri qaytarmadan) kafirlərə qoşulsa və siz də (onlarla vuruşaraq) qənimət əldə etsəniz, zövcələri (kafirlərin yanına) getmiş kimsələrə (həmin qənimətdən) onların (bu övrətlərə) sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz Allahdan qorxun!
Elmir Quliyev
:
Если какая-либо из ваших жен ушла от вас к неверующим, после чего вы получили военную добычу, то отдайте тем, жены которых ушли, потраченное ими на брачный дар. Бойтесь Аллаха, в Которого вы веруете.
Ələddin Sultanov:
Əgər zövcələrinizdən biri (verdiyiniz mehri qaytarmadan) sizi tərk edib kafirlərə qoşularsa və siz onlara qalib gəlsəniz, zövcələri getmiş kimsələrə (onları tərk edən zövcələri üçün) xərclədikləri (mehr) qədər (qənimət) verin. İman gətirdiyiniz Allahdan qorxun!
Kerbelayi Malik ağa:
Əgər sizin zövcələrinizdən dolayı bir şey (mehir) sizin əlinizdən çıxıb kafirlərə keçsə (kafirlər sizdən onların yanına gedən qadınların mehirlərini ayrıldıqları yoldaşlarına geri ödəməzlərsə), sonra da (kafirlərdən sizin yanınıza gəlib iman edən qadınların ayrıldıqları yoldaşlarına mehirlərini geri) ödəmək sırası sizə gəldiyi zaman zövcələri (kafir kişilərin yanına) getmiş olanlara, infaq etdikləri qədər siz (əlinizə keçən qənimətdən) verin və siz iman etmiş olduğunuz Allaha qarşı təqva sahibi olun!
Ələsgər Musayev:
Əgər sizin zövclərinizdən biri sizdən
kafirlərə tərəf gedərsə, verin o kəslərə ki, zövcləri gedib,
mislini nə ki, infaq ediblər. Qorxun Allahdan – Odur ki, siz
Onun ilə inanırsınız!
A.Mehdiyev və D.Cəfərli:
Və əgər zövcələrinizdən bəzisi əlinizdən çıxıb kafirlərə qoşulsa, bu zaman onlardan (döyüşlə, ya başqa yolla) sizə hər hansı bir qənimət çatsa, onda zövcələri gedən kəslərə (mehriyyədən) xərclədikləri qədər ödəyin və iman gətirdiyiniz Allahdan qorxun.
Kövsər Tağıyev:
Əgər zövcələrinizdən biri kafirlərə qaçar və siz də onlarla vuruşub qənimət alarsınızsa, zövcələri gedənlərə xərclədikləri (mehr) qədər verin və inandığınız Allaha qarşı gəlməkdən çəkinin.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər içərinizdən kiminsə arvadı çıxıb kafirlərin yanına gedərsə və siz (kafirlərlə) vuruşub qalib gəlsəniz, onda (əldə etdiyiniz qənimətdən) arvadları çıxıb gedənlərin çəkmiş olduqları [mehr] miqdarında onlara verin və iman gətirdiyiniz Allahdan qorxun!
Sabirə Dünyamalıyeva:
Əgər zövcələrinizdən biri sizdən qaçıb kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] getsə, siz də cavabını versəniz, zövcələri gedənlərə, xərclədikləri qədər verin. Və siz, inandığınız Allahın mühafizəsi altına daxil olun.