Əlixan Musayev:
De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!”
Bünyadov-Məmmədəliyev:
De: “Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”
Elmir Quliyev
:
Скажи: "Воистину, я — такой же человек, как и вы. Мне внушено откровение о том, что ваш Бог — Бог Единственный. Тот, кто надеется на встречу со своим Господом, пусть совершает праведные деяния и никому не поклоняется наряду со своим Господом".
Ələddin Sultanov:
De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız tək olan ilahdır. Ona görə də kim Rəbbinə qovuşacağını ümid edirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kimi Ona şərik qoşmasın!”
Kerbelayi Malik ağa:
De ki: ‘Mən sizin kimi yalnız bir bəşərəm. Mənə sizin ilahınızın tək bir ilah olduğu vəhy olunur. O təqdirdə kim Rəbbinə mülaki olmağı (Allaha təslim olmağı) diləsə, o zaman saleh əməl (nəfsini islahedici əməl) etsin və Rəbbinin ibadətinə başqa birini şərik qoşmasın.’
Ələsgər Musayev:
De: «Həqiqətən, mən də sizin kimi
bəşərəm. Mənə vəhy ilə ilham verilərək açılıb öyrədilir ki, sizin
Ilahiniz Vahid Ilahidir. Kim Rəbbinin görüşünə müraciət
edirsə, gərək saleh əməl etsin və Rəbbinə ibadətdə bir kəsi Ona
şərik qoşmasın!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Mən də sizin kimi yalnız bir bəşərəm, (lakin) mənə vəhy olunur ki: Şübhəsiz sizin məbudunuz tək olan məbuddur. Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın.»
Kövsər Tağıyev:
De ki: “Mən də ancaq sizin kimi bir insanam. (Sadəcə) mənə: “Sizin ilahınız ancaq tək bir ilahdır”, – deyə vəhy olunur. Kim Rəbbinə qovuşmağı ümid edirsə, saleh bir iş görsün və Rəbbinə ibadətdə heç kəsi şərik qoşmasın”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Mən də sizin kimi bır insanam. Mənə vəhy olunur ki, sizin tanrınız vahid bir tanrıdır. Kim öz Rəbbi ilə görüşmək arzusundadırsa, qoy o, düzgün işlər görsün və öz Rəbbinə ibadətdə heç kimi Ona şərik qoşmasın".
Sabirə Dünyamalıyeva:
De ki: "Mən ancaq sizin kimi bir insanam. Mənə vəyh olunur ki, sizin məbudunuz tək olan məbuddur. Onun görə də, hər kimin Rəbbinə qovuşmağa ümidi varsa, saleh əməli işləsin və Rəbbinə bəndəlik edərkən, heç kimi [Rəbbinə] şərik qoşmasın."