Maidə Surəsi 110. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru cüzam xəstəliyinə tutulanı sağaldır Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Xatırla ki, o gün (qiyamət günü) Allah (İsaya) belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora cüzamlı xəstəyə şəfa verir Mənim iznimlə ölüləri (qəbirdən çıxardıb) dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar möcüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf etmişdim (səni öldürmək istədikdə onlara mane olmuşdum). Onlardan küfrə batanlar isə belə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”
Elmir Quliyev :
Аллах скажет: Иса (Иисус), сын Марьям (Марии)! Помни о милости, которую Я оказал тебе и твоей матери. Я поддержал тебя Святым Духом (Джибрилем), благодаря чему ты говорил с людьми в колыбели и будучи взрослым. Я научил тебя Писанию, мудрости, Таурату (Торе) и Инджилу (Евангелию). По Моему соизволению ты лепил изваяния птиц из глины и дул на них, и по Моему соизволению они становились птицами. По Моему соизволению ты исцелял слепого (или лишенного зрения от рождения; или обладающего слабым зрением) и прокаженного, по Моему соизволению ты выводил покойников живыми из могил. Я отвратил от тебя (защитил тебя от) сынов Исраила (Израиля), когда ты явился к ним с ясными знамениями, а неверующие из их числа сказали, что это всего лишь очевидное колдовство".
Ələddin Sultanov:
O zaman Allah belə buyuracaq: “Ey Məryəm oğlu İsa, sənə anana olan nemətimi xatırla! Vaxtilə Mən səni müqəddəs ruhla (Cəbraillə) dəstəkləmişdim. Sən həm beşikdə, həm yetkin çağında insanlarla danışırdın. O vaxt sənə kitabı (oxuyub yazmağı), hikməti, Tövratı İncili öyrətdim. İznimlə palçıqdan quşa bənzər bir şey düzəldir ona üfürürdün, o da iznimlə quşa çevrilirdi. Həmçinin iznimlə anadangəlmə kora cüzamlı xəstəyə şəfa verirdin Mənim iznimlə ölüləri (yerdən dirildib) çıxardırdın. İsrail oğullarını da səndən (səni öldürməkdən) dəf etmişdim. Sən onlara açıq-aşkar dəlillər gətirdiyin zaman onlardan inkar edənlər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!” - demişdilər.
Kerbelayi Malik ağa:
Allah belə buyurmuşdu: ‘Ey Məryəm oğlu İsa! Sənin ananın üzərindəki nemətimi xatırla. Səni Ruhul Qüds ilə dəstəkləmişdim, beşikdə ikən də, yetkin ikən də, insanlarla danışırdın. Sənə Kitabı, Hikməti, Tövratı İncili öyrətmişdim. Mənim iznimlə nəmli torpaqdan quş şəklində heykəl (surət) düzəltmişdin, sonra onun içinə üfləmişdin, beləcə Mənim iznimlə bir quş olmuşdu. Doğuşdan kor olanı cüzam xəstəliyinə tutulanı yenə Mənim iznimlə sağaldırdın. Mənim iznimlə ölüləri (dirildib qəbirdən) çıxardırdın. Onlara açıq-aşkar dəlillər gətirdiyin zaman İsrail oğullarının hücumunu səndən dəf etmişdim (səni qurtarmışdım). O zaman onlardan kafir olanlar (küfrdə olanlar): ‘Bu ancaq, yalnız açıq-aşkar bir sehrdir.’ demişdilər.’
Ələsgər Musayev:
Onda dedi Allah: «Ay Isa Məryəm oğlu! Yad et Mənim nemətimi ki, sənə sənin valideyninə bağışlamışam. Onda səni Müqəddəs Ruhla qüvvətləndirdim: sən beşikdə böyüklükdə nsanlarla kəlmə kəsirdin. Onda sənə öyrətdim kitabı hikməti Tövratı Incili. Onda xəlq etdin palçıqdan quşun bənzərini Mənim iznimlə ona nəfəs saldın Mənim iznimlə quş oldu. Koru cüzamlı xəstələri Mənim iznimlə sağaltdın. Onda xaric etdin ölünü Mənim iznimlə. Onda səni İsrail oğullarının şərrindən qurtardım, onda gəldin onlara bəyanatlarla. Dedi o kəslər ki, onlardan kafirləri: «Bu, sehrdir aşkar!»
A.Mehdiyev və D.Cəfərli:
(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey Məryəm oğlu İsa, Mənim sənə anana olan nemətimi xatırla, o zaman ki, səni Ruhul-Qudusla qüvvətləndirdim sən camaatla beşikdə ikən (möcüzə yolu ilə) orta yaşlarında (vəhy yolu ilə) danışırdın; o zaman ki, sənə kitab (öz kitabını səmavi kitabları), şəriət hökmlərini, əqli elmləri, Tövratı İncili öyrətdim; o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün o, Mənim iznim iradəmlə quş olurdu; Mənim iznimlə anadangəlmə kora cüzamlı xəstəyə şəfa verirdin; o zaman ki, Mənim iznimlə ölüləri (qəbirdən diri) çıxarırdın; o zaman ki, İsrail övladları üçün (peyğəmbərliyə dair) aydın dəlillər gətirdiyin vaxt, onların (şərrinin sənə dəyməsinin) qarşısını aldım, beləliklə, onlardan kafir olanlar dedilər: «Bu (möcüzələr), aşkar cadudan başqa bir şey deyildir!»
Kövsər Tağıyev:
O gün Allah belə deyəcək: “Ey Məryəm oğlu İsa! Sənə anana olan nemətimi düşün. O zaman səni Ruhul-Qüds (Cəbrail) ilə dəstəkləmişdim. Beşikdə ikən də, yetkin ikən insanlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı İncili öyrətmişdim. İznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, mənim iznimlə dərhal bir quş olurdu. Yenə mənim iznimlə anadangəlmə koru cüzamlını sağaldırdın. Mənim iznimlə ölüləri (həyata) çıxarırdın. Sən İsrail oğullarına açıq-aydın möcüzələr gətirdiyin zaman mən səni onlardan qurtarmışdım. Onlardan inkar edənlər: “Bu ancaq açıq-aşkar bir sehrdir”, demişdilər”.
M.Qənioğlu və T.Bilaloğlu:
O vaxt Allah deyər: "Ey Məryəm oğlu İsa! Sənə sənin anana olan nemətimi yadına sal. Mən səni Müqəddəs ruhla elə möhkəmləndirdim ki, hələ beşikdə ikən insanlarla yetkin adam kimi danışdın. Sənə yazını, hikməti, Tövratı İncili öyrətdim. O zaman sən Mənim iznimlə palçıqdan quşabənzər bir şey düzəltdin, ona üfürüb nəfəs verdin o da Mənim iznimlə quş oldu. Sən Mənim iznimlə anadangəlmə kora cüzama tutulmuşa şəfa verdin. Mənim iznimlə ölüləri çıxarıb (onlara can verdin). Sən onlara aydın dəlillər gətirdikdə İsrail övladlarını səndən dəf etdim onlardan küfr edənləri: "Bu, aşkar sehrbazlıqdan başqa bir şey deyildir" - dedilər.
Sabirə Dünyamalıyeva:
O zaman Allah demişdi ki: "Ey Məryəm oğlu İsa! Sənə olan anana olan nemətimi xatırla! O vaxt Mən, səni Allahın vəhyi ilə qüvvətləndirmişdim. Yüksək mövqedə olan biri olaraq yetkin biri olaraq insanlarla danışırdın. O vaxt sənə Kitabı, haqsızlığın, fitnə-fəsadın qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qayda-qanun prinsipləri, Tövratı İncili öyrətmişdim. O vaxt Mənim icazəmlə/məlumatım daxilində palçıqdan; gildən (keramikadan) quş şəkli kimi bir şey (buxurdan) düzəldirdin. Sonra da onun içinə üfürürdün; aerozol əmələ gətirirdin, onlar da (xəstəlik yayan; aşılayan həşəratlar) Mənim icazəmlə quş olub uçurdu/dərhal çıxıb gedirdi. Sonradan yaranan korluğu, ilan, əqrəb keler zəhərlənməsini/bağ, bağça tarlalardaki zərərli bitkiləri icazəmlə/elmimlə sağaldırdın. Yenə Mənim icazəmlə/elmimlə sosial ölüləri çıxarırdın/canlandırırdın. o vaxt İsrail oğullarına açıq-aşkar dəlillərlə gəldiyin, onlardan Allahın məbud rəbb olduğuna inanmayanların: "Bu ancaq açıq-aydın bir sehrdir!" dedikləri zaman səni onlardan qorumuşdum.