Yusif Surəsi 111. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət mərhəmətdir.
Bünyadov-Məmmədəliyev:
(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Quran) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) mərhəmətdir!
Elmir Quliyev :
В повествовании о них содержится назидание для обладающих разумом. Это не вымышленный рассказ, а подтверждение тому, что было до него, разъяснение всякой вещи, верное руководство и милость для верующих людей.
Ələddin Sultanov:
Şübhəsiz ki, onların qissələrində ağıl sahibləri üçün ibrət vardır. (Bu Quran) uydurulan bir söz deyildir. Lakin o, özündən əvvəlkiləri (ilahi kitabları) təsdiqləyən, hər şeyi açıq şəkildə izah edən (bir kitab) iman gətirən bir qövm üçün hidayət rəhmətdir.
Kerbelayi Malik ağa:
And olsun ki, onların hekayələrində Üluləlbab üçün bir ibrət vardır. Uydurulan bir hədis deyil lakin onların əllərindəkini təsdiq edər hər şeyi ayrı-ayrı açıqlayar. Mömin qövm üçün bir hidayət rəhmətdir.
Ələsgər Musayev:
Əlbəttə, onların bu qissələrində ağıl sahibləri üçün ibrətlər oldu bunlar iftira hədislər deyil. Lakin təsdiqidir özündən qabaq olanların külli şeyin müfəssəl izahıdır hidayət rəhmətdir inanan qoum üçün!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, onların (peyğəmbərlərin onların ümmətlərinin) başlarına gələnlərdə ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Qur’an) yalandan uydurulması mümkün olan bir söz deyil. Lakin özündən öncə olan (səma kitabların)ı təsdiq edən, (din işləri mənəvi maarif barəsində) hər bir şeyi müfəssəl izah edən imanı olan tayfa üçün doğru yol göstərən mərhəmətdir.
Kövsər Tağıyev:
And olsun ki, onların qissələrində ağıl sahibləri üçün ibrət var. Qur`an uydurulan bir söz deyil. Lakin özündən əvvəlkiləri təsdiq edən, hər şeyi təfsilatı ilə açıqlayan inanan bir toplum üçün bir bələdçi bir rəhmətdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların əhvalatlarında ağıl sahibləri üçün bir ibrət vardır. Bu [Quran], uydurulmuş bir söhbət deyildir. Ancaq ona qədər nazil olanları təsdiqləmək, hər şeyi müfəssəl aydınlaşdırmaq üçündür iman gətirən adamlara düz yol göstəricisi, bir mərhəmətdir.
Sabirə Dünyamalıyeva:
And olsun ki, Yusifin, atasının, qardaşlarının qissəsində anlayış qabiliyyəti olanlar üçün bir ibrət vardır. Quran, uydurulan bir söz deyil. Fəqət sadəcə içindəkilərin təsdiqi, inananlar üçün hər şeyin müfəssəl izahı, bir yol göstərən mərhəmətdir."