Əlixan Musayev:
O gün hər kəs öz canını qurtarmağa çalışacaq, hər kəsə etdiyi əməllərin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir.
Bünyadov-Məmmədəliyev:
O gün (qiyamət günü) hər kəs öz canının hayında olar, hər kəsə əməlinin əvəzi (cəzası) verilər və onlara heç bir haqsızlıq edilməz!
Elmir Quliyev
:
В тот день каждый человек придет и будет препираться за себя. Каждому человеку сполна воздастся за то, что он совершил, и с ними не поступят несправедливо.
Ələddin Sultanov:
O gün hər kəs öz canının hayına qalar. Hər kəsə etdiklərinin əvəzi tam verilər və onlara heç bir haqsızlıq edilməz.
Kerbelayi Malik ağa:
O gün bütün nəfslər gəlir. Hər kəs (həyat filmini görərək, itirdiyi və qazandığı dərəcələr baxımından) öz nəfsi ilə mübarizə edər və hər kəsə etdikləri əməlləri ödənər. Onlara zülm edilməz.
Ələsgər Musayev:
O gün külli nəfs gələrək öz nəfsi ilə mücadilə edər və
külli nəfsə öz əməlinin mükafatı verilər və onlara zülm
olunmaz!
A.Mehdiyev və D.Cəfərli:
(Yada sal) o gün(ü) ki, hər bir şəxs mübahisə və özünü müdafiə edən halda gələr, hər bir kəsə etdiyi(nə uyğun mükafat və ya əməlinin gerçək təzahürü) kamil surətdə verilər və onlara zülm olunmaz (haqları kəsilməz).
Kövsər Tağıyev:
Hər kəsin öz nəfsi üçün mücadilə edərək gələcəyi, özlərinə zülm edilmədən hər kəsə etdiyinin əvəzinin tam olaraq ödənəcəyi günü düşün.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü hər kəs ancaq öz hayına qalacaqdır. Heç bir haqsızlıq edilmədən hər kəsə öz əməllərinin əvəzi tam ödəniləcəkdir.
Sabirə Dünyamalıyeva:
O gün, hər kəs öz nəfsinin hayında olaraq gələcək və hər kəs etdiyi şeylərin əvəzini əskiksiz alacaq. Və onlar haqsızlığa məruz qalmayacaq.