Əlixan Musayev:
Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu (bunu) bilmir.
Bünyadov-Məmmədəliyev:
Əgər Biz (istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlarla danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz.
Elmir Quliyev
:
Даже если бы Мы ниспослали им ангелов, и мертвые заговорили бы с ними, и Мы собрали бы перед ними все сущее, они ни за что не уверовали бы, если бы только этого не пожелал Аллах. Однако большинство их не ведает об этом.
Ələddin Sultanov:
Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah diləmədikcə onlar yenə iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz.
Kerbelayi Malik ağa:
Əgər Biz həqiqətən onlara mələklər endirsəydik, ölülər də onlarla danışsaydı, hər şeyi onların qarşısında toplasaydıq Allahın diləməsi istisna olmaqla, inanacaq deyillər. Lakin onların çoxu cahillik edirlər.
Ələsgər Musayev:
Budur Allah – Rəbbiniz! Yoxdur ilahi, ancaq Odur - Xaliqidir külli şeyin. İbadət edin Ona! O üzərində külli şeyin Vəkildir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər Biz onlara mələkləri nazil etsəydik, ölülər onlarla danışsaydılar və (istədikləri) bütün şeyləri qarşılarında dəstə-dəstə toplasaydıq, onlar Allahın (mütləq və məcburi iradə ilə) istəməsi istisna olmaqla, yenə də iman gətirməyəcəkdilər. Lakin onların çoxu (özlərinin bu inadkarlıq ruhiyyələri ilə) nadanlıq edirlər.
Kövsər Tağıyev:
Biz onlara mələkləri də endirsəydik, onlarla ölülər də danışsaydı və hər şeyi qarşılarında (həqiqətin şahidləri olaraq) toplasaydıq, Allah istəmədikcə yenə də iman edən deyildilər. Amma onların çoxu bilmir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlara mələkləri də nazil etsək, ölülər də onlarla danışsa, hər şeyi onların qarşısına toplasaq da, Allah istəməsə, onlar inanan deyildirlər. Lakin onların çoxu bunu bilmir.
Sabirə Dünyamalıyeva:
Və əgər Biz, şübhəsiz ki, onlara bəzi güclər göndərsəydik, onlara ölülər söz söyləsəydi və hər şeyi qarşılarına yığsaydıq, -Allahın diləməsi xaricində- yenə də iman gətirməzdilər. Lakin onların çoxu cahillik edir.