Əlixan Musayev:
Xeyr! Kim yaxşı işlər gö-rüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
Bünyadov-Məmmədəliyev:
(Xeyr, onların dediyi kimi deyil) əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı (əvəzi) vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
Elmir Quliyev
:
О нет! Кто покорит свой лик Аллаху, совершая добро, тот получит награду от своего Господа. Они не познают страха и не будут опечалены.
Ələddin Sultanov:
Xeyr (elə deyil)! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, onun Rəbbi yanında mükafatı vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
Kerbelayi Malik ağa:
Xeyr, (elə deyil), kim vəchini (fizik bədənini) Allaha təslim etsə, o, muhsinlərdən olar. Artıq onun mükafatı Rəbbinin dərgahındadır. Onlara qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.
Ələsgər Musayev:
Bəli! Kim təslim
edə vəchini Allah üçün və o yaxşılardandır, onun üçün əcri
yanındadır Rəbbinin və yoxdur xof üzərində onların və
olmazlar onlar hüznlü.
A.Mehdiyev və D.Cəfərli:
Bəli, özünün bütün vücudunu Allaha təslim edən kəs, yaxşı əməl sahibi olsa, onun üçün Rəbbinin yanında məqamına uyğun bir mükafat vardır. Onlar üçün (axirətdə heç) bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.
Kövsər Tağıyev:
Xeyr, elə deyil! Kim yaxşı və faydalı işləri ən gözəl şəkildə edərək özünü Allaha təslim edərsə, onun mükafatı Rəbbinin qatındadır. Artıq onlara qorxu yoxdur, onlar məyus olmayacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əksinə ! Kim Allaha üz tutub xeyir işlər görərsə, onun öz Rəbbi dərgahında mükafatı vardır. Onlara nə bir qorxu, nə də qəm-qüssə olar.
Sabirə Dünyamalıyeva:
Xeyr, əksinə, kim yaxşılaşdıran-gözəlləşdirən biri olaraq özünü Allah üçün islamlaşdırsa, bax onun üçün, Rəbbi yanında mükafat vardır. Onlara heç bir qorxu da yoxdur və onlar qəm-qüssə də görməzlər.