Maidə Surəsi 112. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir zaman həvarilər de-mişdilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?” O da (onlara) demişdi: “Əgər möminsinizsə, Allahdan qorxun”.
Bünyadov-Məmmədəliyev:
Onu da xatırla ki, o zaman həvarilər demişdilər: “Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə göndərə bilərmi? O (İsa):” Əgər möminsinizsə, Allahdan qorxun!” demişdi.
Elmir Quliyev :
Вот сказали апостолы: Иса (Иисус), сын Марьям (Марии)! Может ли твой Господь ниспослать нам трапезу с неба?" Он сказал: "Бойтесь Аллаха, если вы являетесь верующими".
Ələddin Sultanov:
O zaman həvarilər demişdilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə nazil edə bilərmi?” O da: “Əgər möminsinizsə, Allahdan qorxun!” demişdi.
Kerbelayi Malik ağa:
Həvarilər: ‘Ey Məryəm oğlu İsa! Rəbbin göydən bizə bir maidə (süfrə) endirə bilərmi?’ demişdilər. (Bunun üzərinə Hz. İsa): ‘Əgər möminlərsinizsə, Allaha qarşı təqva sahibi olun.’ dedi.
Ələsgər Musayev:
Onda dedi həvarilər: «Ay Isa, Məryəm oğlu! Rəbbin səmadan bizim üçün süfrə nazil edə bilərmi?» Dedi: «Qorxun Allahdan, əgər oldunuz inananlar!»
A.Mehdiyev və D.Cəfərli:
(Və yada sal) o zaman(ı) ki, həvarilər dedilər: «Ey Məryəm oğlu İsa, sənin Rəbbin bizə göydən «maidə» (tabaq, yaxud yeməklə dolu bir süfrə) göndərə bilərmi (zamanın məsləhəti bunu tələb edirmi)?» Dedi: «Əgər möminsinizsə, Allahdan qorxun». (Olmaya mənim peyğəmbərliyimdə şəkkiniz var bu səbəbdən möcüzə istəyirsiniz?!)
Kövsər Tağıyev:
Bir vaxt havarilər də: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?” demişdilər. İsa da: “Əgər möminlərsinizsə, Allaha qarşı gəlməkdən çəkinin”, demişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman həvarilər dedilər: "Ey Məryəm oğlu İsa! Sənin Rəbbin göydən bizə bir süfrə endirə bilərmi?" O dedi: "Əgər iman gətirənsinizsə, Allahdan qorxun!"
Sabirə Dünyamalıyeva:
O vaxt həvarilər: "Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə nazil edə bilərmi?" demişdilər. İsa: "Əgər iman edirsinizsə, Allahın mühafizəsi altına daxil olun" demişdi.