Əlixan Musayev:
O sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona )(günah gəlməz). Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir!
Bünyadov-Məmmədəliyev:
Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur. (Özgənin malına əl uzatmamaq şərtilə) başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Он запретил вам мертвечину, кровь, мясо свиньи, а также то, что не заколото во имя Аллаха. Если же кто-либо вынужден съесть запретное, не проявляя ослушания и не преступая пределы необходимого, то ведь Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Şübhəsiz ki, Allah sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası adına kəsilən heyvanı haram etmişdir. Ancaq kim məcbur qalarsa, (başqasının hüququna) təcavüz etmədən və həddi aşmadan bunlardan yeyə bilər. Çünki Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Sizə yalnız ölünü, qanı, donuz ətini və Allahdan başqası adına qurban ediləni haram etdi. Artıq kim zərurətdə (yemək məcburiyyətində) qalsa, həddi aşmadığı və haqqa təcavüz etmədiyi təqdirdə şübhəsiz ki, Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Həqiqətən, haram etdi
Allah sizə meyyiti və qanı və donuz ətini və nə ki, Allahdan
qeyrisi üçün kəsiləni. Ancaq kim məcbur olarsa, zülm və
düşmənçilik etməyərək... Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və (kəsən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkiləni haram etmişdir. Beləliklə, əgər kimsə (onları yemək) məcburiyyət(in)də qalsa ləzzət qəsdi ilə və zərurətdən artıq yeməsə (yaxud itaətsizlik etməsə, bilsin ki,) həqiqətən Allah çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Allah sizə ancaq leşi, qanı, donuz ətini və Allahdan başqasının adına kəsiləni haram buyurdu. Ancaq kim məcbur olub istismar etmədən və zərurət miqdarını aşmadan yemək məcburiyyətində qalarsa, şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
O, sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı zikr olunaraq kəsilmiş (heyvanı) haram buyurmuşdur. Kim ürəyi istəmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa (bilin ki,) həqiqətən Allah, bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Allah, sizə ancaq leşi, qanı, donuzun ətini və Allahdan başqası adına kəsiləni haram etmişdir. Artıq hər kim təcavüzkarlıq etmədən və həddi aşmadan məcburiyyət qarşısında qalsa, bilsin ki, şübhəsiz, Allah, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və lütfü bol olandır, geniş mərhəmət sahibidir.