Maidə Surəsi 116. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni anamı iki tanrı qəbul edin!”– demişdin?” İsa deyəcək: “Sən pak müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni anamı da özünüzə tanrı bilin!” demişdin? “(İsa cavabında) deyəcək:” Sən pak müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!
Elmir Quliyev :
Вот сказал Аллах: Иса (Иисус), сын Марьям (Марии)! Говорил ли ты людям: “Примите меня и мою мать двумя богами наряду с Аллахом”?" Он сказал: "Пречист Ты! Как я мог сказать то, на что я не имею права? Если бы я сказал такое, Ты знал бы об этом. Ты знаешь то, что у меня в душе, а я не знаю того, что у Тебя в Душе. Воистину, Ты Ведающий сокровенное.
Ələddin Sultanov:
Allah (axirətdə): “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni anamı ilah qəbul edin!” demisən?!” buyurduğu zaman (İsa peyğəmbər belə) deyəcək: “Sən pak müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər onu demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən ürəyimdə olanı bilirsən. Mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, gizli olanları bilən Sənsən.
Kerbelayi Malik ağa:
Allah (c.c): Ey Məryəm oğlu İsa! Sənmi insanlara: ‘Məni anamı Allahdan başqa iki ilah qəbul edin. deyə söylədin?’ dediyi zaman Hz. İsa: ‘Sən ‘Sübhansan (nöqsanlardan uzaqsan, paksan)’, mənim üçün haqq (gerçək) olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər mən onu söyləmiş olsaydım, o təqdirdə, şübhəsiz Sən onu bilərdin, nəfsimdə olanları da Sən bilirsən, mən isə Sənin Zatında olanları bilmirəm. Şübhəsiz ki, qeybdəkiləri (görünməyənləri, bilinməyənləri) ən yaxşı bilən Sənsən.’
Ələsgər Musayev:
Onda dedi Allah: «Ay Isa Məryəm oğlu! Ə, sən dedinmi insanlar üçün: “Məni anamı Allahdan başqa özünüz üçün iki ilahi götürün?” Dedi: «Sən Sübhansan! Necə ola bilər ki, deyim, buna mənim haqqım yoxdur? Əgər bu sözü demiş olsam, fəqət Sən onu bilərsən. Sən mənim nəfsimdə olanı bilirsən mən Sənin nəfsində olanı bilmirəm. Həqiqətən, Sən Özün qeybə Alimsən!
A.Mehdiyev və D.Cəfərli:
(yada sal Qiyamət gününü) o zaman(ı) ki, Allah buyuracaq: «Ey Məryəm oğlu İsa, insanlara sən demisən ki, «məni mənim anamı Allah yerinə iki tanrı kimi qəbul edin?» Dedi: «(Ey Rəbbim,) Sən (hər bir eyb nöqsandan) paksan, mənə haqqım olmayan şeyi demək yaraşmaz, əgər demiş olsaydım şübhəsiz, Sən onu bilərdin, Sən mənim nəfsimdə olanı bilirsən, (amma) mən Sənin zatında olanı bilmirəm, həqiqətən Sənsən gizlinləri kamil bilən!»
Kövsər Tağıyev:
Allah qiyamət günü belə deyəcək: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı buraxıb məni anamı iki ilah olaraq qəbul edin”, demisən? İsa isə belə deyəcək: “Səni bütün nöqsanlardan uzaq tuturam. Olası bir şey deyil ki, haqqım olmayan bir şeyi söyləyim. Əgər mən onu söyləmiş olsaydım, əlbəttə, sən onu bilərdin. Sən mənim içimdə olanı bilirsən, amma mən səndə olanı bilə bilmərəm. Şübhəsiz ki, yalnız sən qeybləri haqqı ilə bilənsən”.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Allah deyəcək: "Ey Məryəm oğlu İsa! İnsanlara: "Allahı qoyub məni anamı tanrılar edin!" - deyə sənmi söylədin?" O deyəcək: “Sənə həmd olsun! Haqqım olmadığı bir şeyi mən deyə bilmərəm. Əgər onu demiş olsaydım, şübhəsiz, Sən bunu bilərdin. Axı Sən ürəyimdəkiləri bilirsən, Mən isə Səndə olanları bilmirəm. Həqiqətən, Sən qeyblərin bilicisisən!
Sabirə Dünyamalıyeva:
o vaxt Allah demişdi ki: "Ey Məryəm oğlu İsa! İnsanlara ‘Məni anamı, Allahın altındakılardan iki tanrı qəbul edin’ deyə sənmi dedin?" İsa dedi: "Sən paksan, mənim üçün həqiqət olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər mən onu demiş olsam, Sən bunu mütləq bilərdin. Sən, mənim daxilimdə/qəlbimdə olanı bilirsən, mən isə Sənin zatında olanı bilmərəm. Şübhəsiz ki, məhz Sən görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənsən!