Əlixan Musayev:
Onların bu dünya həyatında sərf etdiklərinin məsəli, özlərinə zülm edən adamların tarlasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin məsəlinə bənzəyir. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.
Bünyadov-Məmmədəliyev:
Onların bu dünyada sərf etdikləri şey, özünə zülm edən bir qövmün əkinlərini məhv edən soyuq bir küləyə bənzər. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər.
Elmir Quliyev
:
То, что они расходуют в этой мирской жизни, подобно морозному (или завывающему; или огненному) ветру, который поразил ниву людей, поступивших несправедливо по отношению к себе, а затем погубил ее. Аллах не был несправедлив к ним — они сами поступали несправедливо по отношению к себе.
Ələddin Sultanov:
(Onların) bu dünya həyatında sərf etdikləri şeylərin misalı, özünə zülm edən bir qövmün əkinlərini vurub onu məhv edən soyuq bir küləyin misalı kimidir. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər. (Bu ayədə, sahib olduqları mal-mülk səbəbi ilə lovğalanan və Allaha üsyan edən kafirlərin riyakarlıqla sərf etdikləri, yaxud müsəlmanları məğlub etmək üçün xərclədikləri malları, zalım kəslərin soyuq bir külək nəticəsində məhv olmuş əkinlərinə bənzədilmişdir. Belə bir əkin sahəsinin heç bir faydası olmadığı kimi kafirlərin sərf etdikləri malların da özlərinə heç bir faydası olmayacaqdır.)
Kerbelayi Malik ağa:
Onların (kafirlərin) bu dünya həyatında (göstəriş və öyünmək üçün) infaq etdikləri şeylərin misalı özlərinə zülm edən (Allahın əmrlərinə və yasaqlarına itaət etməyərək, davamlı dərəcə itirən) bir qövmün ‘dondurucu soyuq bir küləyin məhv etdiyi’ əkininin misalı kimidir. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirlər.
Ələsgər Musayev:
Məsəli, nə
ki, infaq edirlər bu dünya həyatında, məsəli kimidir küləyin,
onda soyuq var. O isbat edir əkinlərinə o qoumun ki, nəfslərinə
zülm edirlər və həlak edır onu. Və zülm etmir onlara Allah və
lakin öz nəfslərinə zülm edirlər.
A.Mehdiyev və D.Cəfərli:
Onlar?n bu dunya h?yat?nda (Islamla dusm?ncilik yolunda, yaxud riyakarl?qla v? ya h?r hans? bir xeyir isd?) x?rcl?dikl?ri mallar?n misal? ozun? zulm etmis bir d?st?nin ?kinl?rin? (c?za olaraq) ?s?n v? onu m?hv ed?n cox soyuq kul?k kimidir. Allah onlara zulm etm?yib, lakin onlar ozl?rin? zulm edirl?r.
Kövsər Tağıyev:
Onların bu dünya həyatında xərclədikləri mallar özlərinə zülm edən bir qövmün əkinlərini vurub tələf edən qovurucu və soyuq bir külək kimidir. Allah onlara zülm etmədi. Lakin onlar özlərinə zülm edirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların bu dünya həyatında sərf etdikləri şeylər öz-özlərinə zülm etmiş adamların əkinlərini vurub məhv etmiş soyuq küləyə bənzəyir. Allah onlara zülm etməmişdir, lakin onlar öz-özlərinə zülm edirlər.
Sabirə Dünyamalıyeva:
Onların bu bəsit dünya həyatında sərf etdikləri şeyin halı, şərik qoşmaqla özlərinə haqsızlıq edən bir qövmün əkinlərinə dəyib o [əkinləri] dəyişikliyə/məhvə məruz qoyan, daxilində yandırıcı soyuqluq olan küləyin halına bənzəyər. Və Allah, onlara haqsızlıq etmədi. Lakin onlar, şərik qoşmaqla özlərinə haqsızlıq edirlər.