Bəqərə Surəsi 118. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Cahillər dedilər: “Bəs üçün Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?” Onların əcdadları da elə onlar kimi danışırdılar. Onların qəlbləri bir-birinə oxşayır. Biz, yəqinliklə inanan bir xalqa dəlillərimizi bəyan etmişik.
Bünyadov-Məmmədəliyev:
(Müşriklərdən olan) cahillər dedilər: “Nə olaydı ki, Allah bizimlə danışaydı, bizə bir ayə gələydi!” Onlardan əvvəl gələnlər (yəhudilər xaçpərəstlər) buna bənzər sözlər demişdilər. Onların qəlbləri biri-birinə bənzəyir. Biz tam yəqinliklə iman gətirənlərə ayələrimizi (dəlillərimizi) açıqcasına göstərdik.
Elmir Quliyev :
Те, которые лишены знания, говорят: "Почему Аллах не говорит с нами? Почему знамение не приходит к нам?" Такие же слова произносили их предшественники. Их сердца похожи. Мы уже разъяснили знамения людям убежденным!
Ələddin Sultanov:
Cahillər isə: “Allah bizimlə danışmalı, yaxud bizə bir ayə gəlməli deyildimi?” - dedilər. Onlardan əvvəlkilər onların sözlərinə bənzər şeylər demişdilər. Onların qəlbləri bir-birinə bənzəyir. Yəqinliklə iman gətirən kimsələrə ayələri (dəlilləri) açıq-aydın bəyan etmişik.
Kerbelayi Malik ağa:
Gerçəyi bilməyənlər: ‘Kaş ki, Allah bizimlə danışsa’ ya ‘Bizə bir ayə gəlsə’ dedilər. Onlardan əvvəlkilər də, onların sözlərinə bənzər (sözlər) söylədi. Onların qəlbləri bir-birinə bənzədi. Ayələrimizə yəqinliklə (şübhəsiz) inanan bir qövm üçün bəyan etmişdik.
Ələsgər Musayev:
Dedi o kəslər kibilmirlər: «Əgər kəlmə kəssə idi bizimlə Allahya gəlsə idi bizə ayətlə!» Belə dedilər o kəslər kionlardan qabaq var idiləronların sözlərinin mislini. Mütəşabehdir qəlbləri onların. Əlbəttə, bəyan etdik ayətləri yəqinliyi olan qoum üçün.
A.Mehdiyev və D.Cəfərli:
(Müşrik kafirlərdən olan) nadanlar dedilər: «Allah bizimlə üçün danışmır ya bizə (sənin peyğəmbərliyinə dəlalət edən) bir möcüzə gəlmir?!» Onlardan qabaqkılar da buna bənzər sözlər dedilər. Onların qəlbləri (nadanlıq inadkarlıqda) bir-birinə bənzəyir. Şübhəsiz, Biz (tovhid Öz dinimiz barəsindəki) aydın dəlilləri inam əhli üçün bəyan etmişik.
Kövsər Tağıyev:
Cahillər: “Allah bizimlə danışsa ya da bizə bir möcüzə gəlsə olmaz?!” deyərlər. Bunlardan əvvəlkilər eynilə bunların dedikləri kimi demişdilər. Onların qəlbləri (düşüncələri) bir-birinə oxşayır. Biz ayələri yəqinliklə inanacaq bir toplum üçün açıqladıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Bilməyən kəslər dedilər: "Barı Allah bizimlə danışsaydı yaxud bizə bir ayə gələydi !" Onlardan əvvəlkilər bunlar kimi danışırdılar. Onların ürəkləri bir-birinə bənzəyir. Biz ayətləri tam inananlar üçün aydınlaşdırdıq.
Sabirə Dünyamalıyeva:
bilməyən kəslər, "Allah bizimlə danışmalı deyildimi, yaxud bizə bir işarət/nişan gəlməli deyildimi!" dedilər. Onlardan əvvəlkilər eynilə belə, onların dedikləri kimi demişdilər. Onların qəlbləri bir-birinə bənzəmişdir. Biz həqiqətən, tam yəqinliklə bilmək istəyən bir qövm üçün ayələri açıq-aşkar bəyan etdik.