Ali-İmran Surəsi 118. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Siz-lərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik.
Elmir Quliyev :
О те, которые уверовали! Не берите своими помощниками тех, кто не из вас. Они не упускают случая навредить вам и радуются вашим трудностям. Ненависть уже проявилась у них на устах, но в их сердцах кроется еще большая ненависть. Мы уже разъяснили вам знамения, если вы только разумеете!
Ələddin Sultanov:
Ey iman gətirənlər, sizdən olmayanları sirdaş tutmayın! Onlar sizə pislik etməkdən əl çəkməz sizin çətinliyə düşməyinizi istəyərlər. Düşmənçilikləri ağızlarından (çıxan sözlərdən) aşkar olur. Ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb anlayırsınızsa, ayələri artıq sizə izah etmişik.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Özünüzdən (möminlərdən) başqasını sirdaş tutmayın. Onlar sizi fitnə-fəsada salmaqdan əl çəkməzlər sizin sıxıntıya düşməyinizi istəyərlər. Kin nifrətləri ağızlarından (sözlərindən) bəlli olmuşdur. Sinələrində gizlətdikləri şey (kinləri) daha da böyükdür. Ağıl işlətmiş olsaydınız, sizə ayələri açıqlamışdıq.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Götürməyin özünüzdən başqasını özünüzə tən. Onlar yorulmazlar sizə pislik etməkdən sizin çətinə düşmənizi istərlər. Məlum olur paxıllıqları ağızlarından ki, məxfidir ürəklərində, böyükdür. Əlbəttə, bəyan etdik sizin üçün ayətləri, əgər oldunuz əql edənlər!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman g?tir?nl?r, ozunuzd?n basqas?n? ozunuz? sirdas dost etm?yin. Onlar sizin bar?nizd? hec bir fitn?-f?saddan c?kinmir v? ?ziyy?t? dusm?yinizi cox ist?yirl?r. Dusm?ncilik (el?) ag?zlar?ndan (sozl?rind?n) b?llidir v? sin?l?rind? gizl?tdikl?ri daha boyukdur. ?g?r dusunursunuzs?, biz sizin ucun (onlar?n hal?n?n) nisan?l?ri(ni) b?yan etdik.
Kövsər Tağıyev:
Ey iman edənlər! Sizdən olmayan heç kimi sirdaş tutmayın. Onlar sizə pislik etməkdən əsla əl çəkməzlər. Hey sıxıntıya düçar olmağınızı istəyərlər. Onların kinləri danışıqlarından bəlli olur. Qəlblərində gizlədikləri isə daha böyükdür. Əgər düşünürsünüzsə, sizə ayələri açıqladıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Özünüzdən başqaları sizi başdan çıxarmaq üçün heç nəyi əsirgəmədikləri halda siz onları özünüzə sirdaş etməyin. Onlar sizin bəlaya düçar olmanızı istəyirdilər. Düşmənçilikləri ağızlarından (çıxan sözlərdən) görünmüşdür. Onların ürəklərində gizlətdikləri şeylər isə daha böyükdür. Əgər dərk edirsinizsə, Biz ayələri sizə artıq bəyan etdik.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Öz səviyyənizdə olmayanlardan özünüzə sirdaş/möhkəm dost tutmayın. Onlar sizə pislik etməkdən geri qalmazlar. Onlar, çətinliyə düşməyinizi istədilər. Həqiqətən ədavətləri ağızlarından [çölə çıxıb] məlum olmaqdadır. Sinələrində gizlətdikləri şeylər isə daha böyükdür. Əgər siz ağlınızı işlətsəniz, Biz sizin üçün ayələri/nişanələri/işarətləri həqiqətən bəyan etmişik.