Hud Surəsi 119. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. (Allah) onları bunun üçün yaratdı. Rəbbinin: “Mən Cəhənnəmi bütün (günahkar) cinlər insanlarla dolduracağam!” Sözü yerinə yetəcək.
Bünyadov-Məmmədəliyev:
Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün (belə bir ixtilafa düşdüklərinə görə xoşbəxt bədbəxt, mömin kafir, cənnət cəhənnəm əhli) yaratmışdır. (Allah insanların dində ixtilafda olub-olmayacaqlarını, özlərini necə aparacaqlarını əzəldən bildiyi üçün onların bütün gələcək işlərini hərəkətlərini öz qüdrət qələmi ilə lövhi-məhfuzda yazmışdır). Artıq Rəbbinin (mələklərə dediyi): “Mən Cəhənnəmi (Allahı inkar edən) bütün cinlər insanlarla dolduracağam!” - sözü tamamilə yerinə yetdi!
Elmir Quliyev :
за исключением тех, над кем смилостивился твой Господь. Он сотворил их для этого. Исполнится Слово твоего Господа: непременно заполню Геенну джиннами и людьми всеми вместе".
Ələddin Sultanov:
Ancaq Rəbbinin mərhəmət etdiyi kəslər istisnadır. Rəbbin onları bunun üçün yaratdı. Rəbbinin: “Həqiqətən, cəhənnəmi məhz cin insanlarla dolduracağam!” sözü yerinə yetdi.
Kerbelayi Malik ağa:
Rəbbinin rəhmət etdiyi kimsələr (ixtilafa düşməyib Allaha təslim olmağı diləyənlər) istisnadır. Onları bunun üçün yaratdı (ixtilafa düşənlərlə düşməyənləri ayırmaq üçün yaratdı). Rəbbinin sözü tamamlandı: Cəhənnəmi mütləq tamamilə insanlar cinlərlə dolduracam.
Ələsgər Musayev:
ancaq o kəsə ki, Rəbbin rəhm edə. Bundan ötrü onları xəlq edib O. Rəbbinin kəlməsi tamam oldu: «Mən cəhənnəmi cəmiyyən cinlər insanlarla dolduracağam!»
A.Mehdiyev və D.Cəfərli:
Sənin Rəbbinin rəhm etdiyi (iman birlik qismət etdiyi) kəslər istisna olmaqla. onları elə buna görə yaratmışdır. Rəbbinin «şübhəsiz, Cəhənnəmi (azğın) cin insanlarla büsbütün dolduracağam» kəlməsi (əzəldən) qəti tamam olmuşdur.
Kövsər Tağıyev:
Onsuz da onları bunun üçün yaratdı. Rəbbinin “And olsun ki, cəhənnəmi həm cinlərdən, həm insanlardan (günahkarlarla) dolduracağam” sözü tam olaraq yerinə yetdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənin Rəbbinin rəhm etdiyi kəslərdən başqa. O, onları bunun üçün xəlq etdi. Sənin Rəbbinin: "And olsun ki, cəhənnəmi bütünlüklə cinlər insanlarla doldururacağam." - sözləri yerinə yetdi.
Sabirə Dünyamalıyeva:
Onları bax bunun üçün əmələ gətirmişdir. Rəbbinin, "And olsun ki, cəhənnəmi bildiyiniz-bilmədiyiniz, tanıdığınız-tanımadığınız insanlarla; onların hamısıyla dolduracağam" Sözü tamamilə yerinə yetmişdir.