Nisa Surəsi 119. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mən onları mütləq (doğru yoldan) azdıracaq xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır.
Bünyadov-Məmmədəliyev:
Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.
Elmir Quliyev :
Я непременно введу их в заблуждение, возбужу в них надежды, прикажу им обрезать уши у скотины и прикажу им искажать творение Аллаха ". Кто сделал дьявола своим покровителем и помощником вместо Аллаха, тот уже потерпел очевидный убыток.
Ələddin Sultanov:
Onları hökmən azdırıb (puç) xülyalara salacaq onlara əmr edəcəyəm ki, (bütlər üçün nişanlamaq məqsədilə) heyvanların qulaqlarını kəssinlər. Onlara, Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” Kim Allahı qoyub şeytanı özünə dost tutarsa, həqiqətən, o, açıq-aşkar ziyana düşmüşdür. (Allahın yaratdıqlarını dəyişdirmək, canlıların təbii formalarını xüsusiyyətlərini dəyişdirmək deməkdir. Lazımsız yerə heyvanların qulaqlarını, quyruqlarını, buynuzlarını s. kəsmək bu ayə ilə qadağan edilmişdir. Eyni zamanda müəyyən vasitələrlə təbiəti korlayan hallar buna daxildir.)
Kerbelayi Malik ağa:
Onları mütləq dəlalətdə buraxacam. Onları mütləq əmaniyyəyə (yanlış düşüncəyə, yanlış bilgiyə) düşürəcəm mütləq onlara əmr edəcəm. Beləcə onlar mütləq heyvanların qulaqlarını kəsəcəklər onlara əmr edəcəm belə ki, mütləq Allahın yaratdığını dəyişdirəcəklər. Kim Allahdan başqa şeytanı dost tutarsa artıq o, açıq-aşkar ziyana uğramışdır.
Ələsgər Musayev:
zəlalətə salaram onları əmin edərəm əmr edərəm onlara heyvanların qulaqlarını kəssinlər əmr edərəm onlara Allahın xəlq etdiyində dəyişiklik etsinlər!» Kim Allah əvəzinə şeytanı özünə dost götürərsə, fəqət o aşkar xəsarətdədir!
A.Mehdiyev və D.Cəfərli:
«Və şübhəsiz onları azdıracaq (uzun-uzadı) arzulara düçar edəcəyəm; onlara əmr edəcəyəm ki, dördayaqlıların qulaqlarını (xurafat bidət üzündən) deşsinlər (Maidə surəsi, 103-cü ayə); Allahın (ruh cismdəki) xilqətini dəyişdirmələrini (fitri dini küfrə, yaxşı sifətləri rəzilətlərə, ibadətləri itaətsizliyə təbii cismi başqa bir şəklə salmalarını) əmr edəcəyəm. Kim Allahın yerinə Şeytanı özünə başçı yardımçı götürsə, doğrudan da aşkar bir ziyana düşmüşdür.
Kövsər Tağıyev:
“Onları mütləq zəlalətə salacağam, mütləq onları əsli-əsası olmayan yanlış yersiz düşüncələrə sövq edəcəyəm onlara əmr edəcəyəm; (bütlərə nəzir üçün) heyvanların qulaqlarını dələcəklər. Yenə onlara əmr edəcəyəm; Allahın yaratdığını dəyişdirəcəklər”. Kim Allahı qoyub şeytanı dost tutarsa, şübhəsiz, o, açıq-aşkar ziyana düşmüşdür.
M.Qənioğlu və T.Bilaloğlu:
yoldan çıxaracağam, xülyalara salacağam onlara əmr edəcəyəm ki, heyvanlarının qulaqlarını kəssinlər. Onlara əmr edəcəyəm ki, Allahın yaratdıqlarını dəyişsinlər.” Allahı qoyub şeytanı özünə yaxın edənlər açıq-aşkar uduzmuş olarlar.
Sabirə Dünyamalıyeva:
onları mütləq azdıracağam, onları boş xülyalara salacağam ətindən-südündən istifadə olunan heyvanların qulaqlarını yarmağı onlara əmr edəcəym, Allahın yaratdıqlarını/nizamladıqlarını dəyişdirməyi onlara əmr edəcəym" dedi. hər kim Allahın altındakılardan şeytanı yol göstərən, himayəçi yaxın qəbul etsə, o zaman şübhəsiz o, açıq-aşkar bir ziyana uğrayar.