Hud Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların: “Nə üçün ona bir xəzinə endirilməyib yaxud onunla bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Müşriklərin: “Heç olmasa, (Peyğəmbərliyinin doğruluğunu təsdiq etmək üçün) ona bir xəzinə endiriləydi ya onunla birlikdə bir mələk gələydi!” deməklərindən dolayı, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk etməli (bəzi ayələri dərhal təbliğ etməyib təxirə salmalı) olacaqsan (bəzən) buna görə ürəyin qısılacaq! Sən ancaq (müşrikləri kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbərsən. Allah isə hər şeyə vəkildir!
Elmir Quliyev :
Быть может, ты отбросишь часть ниспосланного тебе в откровении, и твое сердце сожмется от этого, потому что они говорят: "Почему ему не ниспосланы сокровища или ангел не явился вместе с ним?" Но ведь ты всего лишь предостерегающий увещеватель, а Аллах Попечитель и Хранитель всякой вещи.
Ələddin Sultanov:
(Ey peyğəmbər!) Onların: “Ona bir xəzinə endirilməli, yaxud onunla birlikdə bir mələk gəlməli deyildimi?!” - demələri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini (təbliğ etməyi) tərk edəcəksən buna görə ürəyin sıxılacaq. Sən ancaq xəbərdar edənsən. Allah hər şeyə vəkildir. (Müşriklər bəzən Həzrət Peyğəmbərdən göydən xəzinələr endirilməsini ya onlara mələk göndərilməsini tələb edirdilər. Onların bu inadkar hərəkətləri Həzrət Peyğəmbəri çox kədərləndirirdi. Çünki onlara möcüzə gəlsə belə, onlar yenə inkarçılığa davam edəcəkdilər. Yuxarıdakı ayədə bu həqiqətə işarə edilmiş Həzrət Peyğəmbər təbliğ vəzifəsini yerinə yetirməsi barədə tənbeh edilmişdir.)
Kerbelayi Malik ağa:
Artıq bəlkə sən onların: ‘Ona bir xəzinə endirilsəydi ya onunla birlikdə bir mələk gəlsəydi olmazdımı?’ demələri (üzərinə) sənin sinənin (onunla) sıxılması səbəbiylə, sənə vəhy olunanın bir qismini tərk edəcəksən. Sən ancaq bir nəzirsən (xəbərdarlıq edən) Allah hər şeyə vəkildir.
Ələsgər Musayev:
Ola bilsin ki, tərk edəsən ki, vəhy edilənləri sənə daralır onunla ürəyin ki, deyirlər: «Məgər nazil olmalı deyilmi onun üzərinə xəzinə, ya gələ onunla mələk?» Həqiqətən, sən nəzərə çatdıransan Allah üzərində külli şeyin Vəkildir!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də, bəlkə sən onların «nə üçün ona bir xəzinə nazil olmayıb ya onunla birgə bir mələk gəlməyib?» demələrinə görə, (bütlərə onların cahiliyyət adət-ənənələrinə istehza etmək kimi) sənə vəhy edilənin bəzisini tərk edərsən onun çatdırılmasından sinən (ürəyin) sıxılar! Əslində sən yalnız bir qorxudansan (xəzinə mələk sənin ixtiyarında deyildir) Allah hər bir şeyə nəzarət edən qoruyandır.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Bəlkə sən (müşriklərin) “Ona bir xəzinə endirilsəydi ya onunla birlikdə bir mələk göndərilsəydi olmazdı?!” demələri səbəbi ilə sənə vəhy olunanlardan bir qismini tərk edəcəksən o səbəblə köksün daralacaq. Lakin sən ancaq bir xəbərdar edənsən. Allah isə hər şeyə vəkildir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların: “Heç olmasa ona bir xəzinə göndəriləydi, yaxud onunla bir mələk gələydi!" - demələri üzündən ola bilsin ki, ürəyin sıxıla sənə vəhy olunan şeylərin bəzisinin üstündən keçəsən. Sən ancaq xəbərdarlıq edənsən, Allah isə hər şeyə zamindir.
Sabirə Dünyamalıyeva:
İndi sən, "Ona bir xəzinə endirilsəydi, yaxud da onunla birgə bir mələk gəlsəydi olardı!" dedikləri üçün, sənə gələn vəhyin bir hissəsini tərk edəcək olursan bundan ötrü sinənin sıxılır. Sən ancaq xəbərdarlıq edən birisən. Allah isə hər şeyi müəyyən bir proqrama görə nizamlayan bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirəndir.