Əlixan Musayev:
Əgər (vəfat etmiş) zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra, qoyub getdikləri (malın) yarısı sizindir. Yox əgər onların övladı varsa, onda qoyub getdiklərinin dörddə bir hissəsi sizindir. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz (malın) dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz (malın) səkkizdə bir hissəsi onlara çatır. Əgər (vəfat etmiş) kişinin və ya qadının valideyni və övladı yoxdursa, (eyni anadan) bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə (mirasın) altıda bir hissəsi düşür. Əgər onlar (sayca) bundan artıq olsalar, (mirasın) üçdə birinə şərikdirlər. (Bu bölgü,) (vərəsələrə) (zərər yetirməmək şərti ilə )vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra (aparılır). (Bunlar) Allah tərəfindən bir tövsiyədir. Allah Biləndir, Həlimdir.
Bünyadov-Məmmədəliyev:
(Ey kişilər!) Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın dörddə biri sizə çatır. Əgər sizin uşağınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladlarınız olduqda isə mirasın səkkizdə biri onlara çatır. Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür. Onların sayı birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir. Bu, (vərəsələrə) zərər toxunmadığı halda edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur. (Bütün bunlar) Allah tərəfindən (bəndələrə) tövsiyə olunmuşdur. Allah (hər şeyi) biləndir, həlimdir!
Elmir Quliyev
:
Вам принадлежит половина того, что оставили ваши жены, если у них нет ребенка. Но если у них есть ребенок, то вам принадлежит четверть того, что они оставили. Таков расчет после вычета по завещанию, которое они завещали, или выплаты долга. Им принадлежит четверть того, что вы оставили, если у вас нет ребенка. Но если у вас есть ребенок, то им принадлежит одна восьмая того, что вы оставили. Таков расчет после вычета по завещанию, которое вы завещали, или выплаты долга. Если мужчина или женщина, которые оставили наследство, не имеют родителей или детей, но имеют брата или сестру, то каждому из них достается одна шестая. Но если их больше, то они имеют равные права на одну треть. Таков расчет после вычета по завещанию, которое он завещал, или выплаты долга, если это не причиняет вреда. Такова заповедь Аллаха, ведь Аллах — Знающий, Выдержанный.
Ələddin Sultanov:
Əgər zövcələrinizin övladı yoxdursa, onların qoyub getdikləri (mirasın) yarısı sizindir. Əgər onların övladı varsa, qoyub getdiklərinin dörddə biri sizindir. (Bu bölgü,) edəcəkləri vəsiyyətdən və ya borcları ödənildikdən sonradır. Əgər sizin övladınız yoxdursa, qoyub getdiyiniz (mirasın) dörddə biri onlara (arvadlarınıza) düşür. Əgər sizin övladınız varsa, qoyub getdiyiniz (mirasın) səkkizdə biri onlara düşür. (Bu bölgü də,) edəcəyiniz vəsiyyətdən və ya borcunuz ödənildikdən sonradır. Əgər miras qoyan kişi və ya qadının ata-anası və övladı olmayıb, bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə (mirasın) altıda biri düşür. Əgər bundan daha çox olsalar, onlar üçdə birinə şərikdirlər. (Bu bölgü,) ediləcək vəsiyyətdən və ya borc ödənildikdən sonra (və heç kimə) zərər verilmədən (aparılır). (Bunlar,) Allahdan (sizə) bir tövsiyədir. Allah hər şeyi biləndir, həlimdir.
Kerbelayi Malik ağa:
Əgər zövcələrinizin övladları yoxsa, onların qoyub getdiklərinin yarısı sizindir. Lakin əgər onların (qadınların) övladları varsa, o zaman dörddə biri sizindir. (Bunlar) edilən vəsiyyət və ya (üzərindəki) borc ödəndikdən sonradır. Əgər sizin övladınız yoxsa, qoyub getdiyinizin dörddə biri onlarındır (qadınlarındır), lakin əgər övladınız varsa, o təqdirdə mirasınızın səkkizdə biri onlarındır (qadınlarındır). Bu da etdiyiniz vəsiyyət və ya borc (ödəndikdən) sonradır. Əgər miras qoyan kişi və ya qadının övladı və ana-atası olmayıb qardaş və ya bacısı varsa, bu təqdirdə ikisindən hər biri üçün altıda biridir. Lakin əgər bundan daha çoxdurlarsa, o zaman onlar üçdə birinə ortaqdırlar. Bunlar (kimsəyə ) zərər vermədən edilən vəsiyyətin yerinə yetirilməsindən və borc ödəndikdən sonradır. (Bunlar sizə) Allah tərəfindən vəsiyyətdir. Allah Alimdir, Həlimdir.
Ələsgər Musayev:
Sizin üçündür yarısı, nə ki, tərk edər zövcləriniz, əgər
övladları olmazsa.Və əgər övladları olarsa, onda sizin üçündür
dörddə biri, nədən ki, tərk ediblər - vəsiyyətini edəndən, yaxud
borcunu ödəyəndən sonra. Onlar üçündür dörddə biri, nədən ki,
tərk edərsiniz, əgər övladınız olmazsa. Və əgər övladınız olarsa,
onda onlar üçündür səkkizdə biri, nədən ki, tərk edərsiniz -
vəsiyyətiniz ediləndən, yaxud borcunuz ödənəndən sonra. Əgər
kişi varis olarsa böyürdən, yaxud arvad,əgər onun qardaşı və ya
bacısı olarsa, onda onların hər biri üçündür altıda bir hissə.
Əgər olsalar bundan çox və onda onlar şərikdirlər üçdə bir
hissədə - vəsiyyəti ediləndən və borcu ödəniləndən sonra. Zərər
yetirmədən! Vəsiyyətdir Allahdan və Allah Alimdir, Həlimdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər arvadlarınızın (sizdən, yaxud başqa bir ərdən) uşağı yoxdursa etdikləri vəsiyyət və ya (boyunlarında olan) borc(un həmin maldan ayrılmasın)dan sonra onların mirasının yarısı sizindir, əgər uşaqları olsa onların mirasının dörddə biri sizindir. Həmçinin əgər sizin (ondan və ya qeyrisindən) övladınız yoxdursa, etdiyiniz vəsiyyət və ya (öhdənizdə olan) borc(un ayrılmasın)dan sonra sizin mirasınızın dörddə biri onundur və əgər övladınız varsa, mirasınızın səkkizdə biri onundır. Əgər irsi bölünən kişi və ya qadının ata, ana və övladı olmasa və onun (ana tərəfdən) bir qardaşı, yaxud (ana tərəfdən) bir bacısı olmuş olsa, o ikisinin hər birinə mirasın altıda biri çatır (və əgər babaları olmasa qalan hissəsi də onlara verilir). Əgər bir nəfərdən çox olsalar (qardaş yaxud bacı və ya hər ikisi olsa), varislərə ziyan vurmaq qəsdi olmayan vəsiyyətdən, yaxud (ölənin boynunda olan) borc(un ayrılmasın)dan sonra onlar malın üçdə birində (bərabər şəkildə) şərikdirlər. (Bu,) Allah tərəfindən olan bir tapşırıqdır. Allah alim və həlimdir.
Kövsər Tağıyev:
Əgər övladları yoxdursa, zövcələrinizin geridə buraxdıqları mirasın yarısı sizindir. Əgər övladları varsa, buraxdıqları mirasın dörddə biri sizindir. (Bu bölgü, ölən zövcələrinizin) etdikləri vəsiyyətlərin yerinə yetirilməsi, yaxud da borclarının ödənməsindən sonradır. Əgər sizin övladınız yoxdursa, buraxdığınız mirasın dörddə biri onlarındır. Əgər övladınız varsa, buraxdığınız mirasın səkkizdə biri onlarındır. (Yenə bu bölgü) etdiyiniz vəsiyyətin yerinə yetirilməsindən, yaxud da borclarınızın ödənməsindən sonradır. Əgər varis olunan bir kişi və ya bir qadının övladı və atası olmazsa və bir qardaşı və ya bir bacısı olarsa, ona altıda bir düşər. Əgər (qardaş və bacılar) birdən çox olarsa, üçdə birə ortaqdırlar. (Bu bölgü varislərə) zərər vermədən edilən vəsiyyətin yerinə yetirilməsindən, yaxud da borcun ödənməsindən sonra edilir. (Bütün bunlar) Allahın əmridir. Allah haqqı ilə biləndir, həlimdir (dərhal cəzalandırmaz, möhlət verər).
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onların [ölən qadınların] övladı yoxsa, etdikləri vəsiyyət və ya borc (ödənildikdən) sonra qoyduqları mirasın yarısı sizindir, əgər övladı varsa, onda dörddə biri sizindir. Əgər sizin övladınız yoxdursa, etdiyiniz vəsiyyət və ya borc (ödənildikdən) sonra qoyduğunuz mirasın dörddə biri onlarındır [arvadlarınızındır], övladınız varsa, onda səkkizdə biri onlarındır. Əgər miras qoyan nə övladı, nə də valideyni olan bir kişi və ya qadındırsa və onun anabir tək qardaşı və ya bacısı varsa, etdiyi vəsiyyət və ya borc (ödənildikdən) sonra, (heç kimə) zərər yetirməmək şərtilə onların hər birinə mirasın altıda biri düşür. Bundan [birdən] çox olsalar isə, onlar üçdə bir hissəyə şərikdirlər. Bu, Allahdan olan bir tövsiyədir. Allah hər şeyi biləndir, həlimdir.
Sabirə Dünyamalıyeva:
Əgər xanımlarınızı övladları yoxdursa, mirasının yarısı sizindir. Əgər bir övladları varsa, o zaman etmiş olduğu vəsiyyətdən və borcdan sonra, mirasın dörddə-biri sizindir. Əgər siz övladınız olmadan ölsəniz, qoyub getdiyiniz malın dörddə-biri xanımlarınızındır. Əgər övladlarınız varsa, o zaman etdiyiniz vəsiyyətdən və borcdan sonra, mirasınızın səkkizdə-biri xanımlarınızındır. Əgər ölən bir kişi və ya qadın, birinci dərəcədə varisi; həyat yoldaşı, övladı və ana-atası olmadan miras qoyursa, özünün də qardaşı və ya bacısı varsa, etmiş olduğu vəsiyyətdən və borcdan sonra onlardan hər birinə, zərərə məruz qoymadan, altıda-biridir. Əgər qardaşlar bundan daha çox olsalar, o halda qardaşlar, üçdə-birə şərikdirlər. Bunlar, Allah tərəfindən təyin edilmiş məsuliyyətdir. Və Allah, ən yaxşı biləndir və çox həlimdir.