Əlixan Musayev:
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.
Bünyadov-Məmmədəliyev:
Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar.
Elmir Quliyev
:
Аллах — Тот, Кто сотворил семь небес и столько же земель. Повеление нисходит между ними, чтобы вы знали, что Аллах способен на всё и что Аллах объемлет знанием всякую вещь.
Ələddin Sultanov:
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Onun əmri onların arasında nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.
Kerbelayi Malik ağa:
O Allah ki, yeddi qat göyləri və yerdən də onların misli qədər (yeddi qat yerləri) yaratdı. Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini bilməyiniz üçün əmr onların arasında (göylər və yerlər arasında) davamlı enər.
Ələsgər Musayev:
Allah – Odur ki, xəlq etdi yeddi səmanı və ərzdən
onların mislini. Nazil olar Onun əmri onların arasında, bilməniz
üçün ki, Allah üzərində külli şeyin Qadirdir və həqiqətən, Allah
əhatəlidir küllisi ilə şeyin elmlə!
A.Mehdiyev və D.Cəfərli:
Allah yeddi göyü və bir o qədər də yeri (yeddi ədəd yer kürəsi yaxud yerin yeddi təbəqəsi və yaxud yer kürəsinin səthində yeddi iqlim qurşağını) yaradandır. (Vacib başlanğıcın) mütləq baş verəcək iradə(si) (yaradılışın tərtibinə uyğun olaraq) onların arasında (mümkün olan ilk məxluqdan tutmuş, onun axırıncı mərtəbələrinə kimi tədriclə) nazil olurdu. (Beləliklə, hamısına varlıq libası geyindirdi) və (həqiqi hakimin) əmr(i mələklərə) onların arasında (onların kamil nizamının tədbiri, intizamı barədə) daim nazil olur ki, biləsiniz. Allah hər şeyə qadirdir və Allahın elmi hər şeyi əhatə etmişdir!
Kövsər Tağıyev:
Allah yeddi göyü və yerdən də bir o qədərini yaradandır. Allahın əmri bunlar arasından enir ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Yeddi (qat) göyü və yerdən də bir o qədər yaradan Allahdır. Siz Allahın hər şeyə qadir olduğunu və hər şeyi bilgi ilə əhatə etdiyini biləsiniz deyə, (Onun) əmrləri onların [göylər və yerin] arasından nazil olur.
Sabirə Dünyamalıyeva:
Allah, yeddi göyü və yerdən də bir o qədərini əmələ gətirəndir. Allahın hər şeyə qadir olduğunu və Allahın elminin hər şeyi əhatə etdiyini biləsiniz deyə, [Allahın] əmri göylər və yer arasında elə hey nazil olar.