Əlixan Musayev:
(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
Elmir Quliyev
:
Призывай на путь Господа мудростью и добрым назиданием и веди спор с ними наилучшим образом. Воистину, твой Господь лучше знает тех, кто сошел с Его пути, и лучше знает тех, кто следует прямым путем.
Ələddin Sultanov:
Hikmətlə və gözəl nəsihətlə Rəbbinin yoluna dəvət et! Onlarla ən gözəl şəkildə mübarizə apar! Şübhəsiz ki, Rəbbin yolundan azanları da, doğru yolda olanları da ən yaxşı tanıyandır.
Kerbelayi Malik ağa:
Rəbbinin yoluna hikmətlə və gözəl şəkildə öyüd-nəsihətlə dəvət et. Onlarla ən gözəl şəkildə mübarizə et. Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan sapanları və hidayətə ərənləri bilir.
Ələsgər Musayev:
Dəvət et Rəbbinin yoluna tərəf hikmətlə və
gözəl moizə ilə. Mücadilə et onlarla gözəl tərzdə. Həqiqətən,
Rəbbin - O yaxşı bilir kim zəlalətə düşüb Onun yolundan və
O bilir hidayət olunanları!
A.Mehdiyev və D.Cəfərli:
(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl şəkildə mücadilə et. Şübhəsiz, sənin Rəbbin öz yolundan azanları ən yaxşı biləndir. O, doğru yolda olanları da ən yaxşı biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Hikmətlə və gözəl nəsihətlərlə (insanları) öz Rəbbinin yoluna dəvət et! Onlarla gözəl bir şəkildə mübahisə et! həqiqətən, sənin Rəbbin Onun yolundan azanları yaxşı tanıyır. O, düz yolla gedənləri də yaxşı tanıyır.
Sabirə Dünyamalıyeva:
Rabbinin yoluna, haqsızlıq, fitnə-fəsad və qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, düstur və qaydalarla, gözəl öyüd-nəsihətlə dəvət et! Və onlarla ən gözəl şəkildə mübarizə et. Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları ən yaxşı biləndir və O, yönləndirildikləri doğru yolda olanları da ən yaxşı biləndir.