Səcdə Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün (günahkar) cin insanlarla dolduracağam!” Sözüm yerinə yetəcək.
Bünyadov-Məmmədəliyev:
Əgər Biz istəsəydik, hər kəsi doğru yola salardıq (imana müvəffəq edərdik). Lakin Mən: “Cəhənnəmi mütləq bütün (günahkar) cinlər insanlarla dolduracağam!” sözünü gerçək olaraq demişəm! (Bizim bu hökmümüz labüddür. Bu sözün, bu hökmün doğruluğunu sübut etmək üçün əzəldən günahkar, kafir, yaxud müşrik olacağını bildiyimiz şəxsi doğru yola salmadıq. Çünki həmin şəxs Bizim ona bəxş etdiyimiz ağılla yaxşını pisdən ayırıb doğru yolu özü tutmalı idi. Dində heç bir məcburiyyət yoxdur!)
Elmir Quliyev :
Если бы Мы пожелали, то наставили бы на прямой путь каждого человека, однако исполнится Слово Мое: непременно заполню Геенну джиннами и людьми всеми вместе!"
Ələddin Sultanov:
Əgər Biz istəsəydik, əlbəttə, hər kəsə hidayət verərdik. Lakin “Cəhənnəmi bütövlüklə cinlər insanlarla dolduracağam!” sözü Mənim tərəfimdən qərara alınmışdır.
Kerbelayi Malik ağa:
Əgər diləsəydik, bütün nəfslərə öz hidayətlərini əlbəttə verərdik (hər kəsi hidayətə ərdirərdik). Lakin Mənim: ‘Mütləq cəhənnəmi tamamilə cinlər insanlarla dolduracam.’ sözüm haqq oldu.
Ələsgər Musayev:
Əgər Biz istəsəydik əta edərdik külli nəfsə hidayəti. Lakin haqq oldu Mənim tərəfimdən söz: «Dolduracağam cəhənnəmi cinlərlə insanlarla cəmiyyən!»
A.Mehdiyev və D.Cəfərli:
«Və əgər istəsəydik, hər bir kəsə (möminə kafirə) (onlar boyun əyənə qədər möcüzəni təkrar etməklə, iradədə-istəkdə məcburiyyət tətbiq etməklə) ona münasib doğru yol göstərərdik. Lakin Mənim sözüm (əzəldən) sabitdir həyata keçəcəkdir, mütləq Cəhənnəmi (Mənim dəvətimi, dəlil-sübutumu tamamlandıqda da qəbul etməyən) cinlər insanlarla dolduracağam!»
Kövsər Tağıyev:
Əgər istəsəydik, hər kəsə hidayətini verərdik. Lakin mənim “And olsun, cəhənnəmi həm cinlərlə, həm insanlarla dolduracağam” sözüm gerçəkləşəcəkdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər istəsəydik, Biz hər kəsə öz düz yolunu verərdik, lakin haqq olaraq: “Cəhənnəmi tamamilə cinlər insanlarla dolduracağam.” - sözlərini Mən demişəm.
Sabirə Dünyamalıyeva:
əgər Biz, istəsəydik hər adama doğru yolu verərdik. Lakin Mənim: "Bütün bilinən, bilinməyən, keçmişdən, gələcəkdən hər kəsdən cəhənnəmi əlbəttə tamamilə dolduracağam" sözüm haqq olmuşdur.