Əlixan Musayev:
Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Sən onlara o şəhər əhlini (antakiyalıları) misal çək! O zaman ki, onlara elçilər gəlmişdi.
Elmir Quliyev
:
В качестве притчи приведи им жителей селения, к которым явились посланники.
Ələddin Sultanov:
Sən onlara şəhər xalqını misal çək! Bir vaxtlar ora elçilər gəlmişdi. (Təfsir mənbələrində bu şəhərin bugünkü Türkiyə ərazisindəki Antakya şəhəri olduğu qeyd olunur.)
Kerbelayi Malik ağa:
Onlara o şəhərin xalqını misal ver. Onlara rəsullar gəlmişdi.
Ələsgər Musayev:
Onlar üçün məsəl vur əshabından o kəndin ki, onda gəldi ora mürsəllər.
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) Sən onlara o şəhərin (Antakiya) əhalisinin dastanını məsəl çək. O zaman Allahın göndərdiyi (peyğəmbərlər) oraya gəlmişdi.
Kövsər Tağıyev:
Şübhəsiz, Biz ölüləri mütləq dirildərik. Onların etdiklərini və qoyub getdikləri əsərlərini yazarıq. Biz hər şeyi açıq-aydın bir kitabda (Lövhi-məhfuzda) bir-bir qeyd etmişik.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən onlara o kənd əhlinin misalını çək; o zaman onlara elçilər gəlmişdi.
Sabirə Dünyamalıyeva:
Sən qafil tayfaya o şəhərin əhalisini misal ver. Bir vaxt ora elçilər gəlmişdi.