Mümtahinə Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Allahın qəzəbinə gəlmiş adamlarla dostluq etməyin. Kafirlər qəbirdəkilərin (bir daha) diriləcəyinə inanmadıqları kimi Axirət gününə ümid etmirlər.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini üzdükləri kimi, onlar da axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini üzmüşlər!
Elmir Quliyev :
О те, которые уверовали! Не дружите с теми, на кого разгневался Аллах. Они потеряли надежду на Последнюю жизнь, как потеряли ее неверующие обитатели могил (или как неверующие потеряли надежду на воскрешение обитателей могил).
Ələddin Sultanov:
Ey iman gətirənlər! Allahın qəzəbinə gəlmiş kəsləri özünüzə dost tutmayın! Onlar kafirlərin qəbirdəkilərdən ümidlərini üzdükləri kimi axirətdən ümidlərini üzmüşlər.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Allahın qəzəbləndiyi bir qövmə dönməyin (dostluq qurmayın)! Kafirlərin qəbirdəkilərdən ümidlərini kəsmiş olduğu (təkrar dirildiləcəyinə inanmadığı) kimi onlar da axirətdən ümidlərini kəsmişlər (axirət həyatına inanmazlar).
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Allahın qəzəbləndiyi qoumnan dostluq etməyin. Əlbəttə, onlar axirətdən məyusdurlar, qədər məyus idilər kafirlər əshabından qəbrlərin!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər! Allahın qəzəb etdiyi bir qövmü özünüzə başçı, dost köməkçi götürməyin. Onlar kafirlər qəbir əhlin(in dirildiləcəyinə yaxud ölmüş kafirlər savabdan Allahın rəhməti)dən ümidlərini kəsdikləri kimi ümüdsizdirlər.
Kövsər Tağıyev:
Ey iman edənlər! Allahın qəzəb etdiyi, qəbirlərdəki kafirlərin ümid kəsdikləri kimi tamamilə axirətdən ümidlərini kəsmiş4 bir toplumu dost tutmayın.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər, Allahın qəzəbinə düçar olmuş adamları özünüzə dost tutmayın! Kafirlər qəbirdəkilərdən əllərini üzdükləri kimi onlar da axirətdən əllərini üzmüşlər.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Allahın qəzəb etdiyi qövmü özünüzə qəyyum tutmayın [idarəçi, nəzarətçi etməyin]. Kafirlərin [Allahın məbud rəbb olduğunu bilərək inkar edənlərin] qəbiristanlıq əhlindən ümid kəsdiyi kimi, onlar da axirətdən həqiqətən ümid kəsmişlər.