Tövbə Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər siz andlarını pozan, Peyğəmbəri (öz yurdundan) qovmaq fikrində olan, özləri sizinlə (döyüşü) birinci başlayan bir camaatla vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Məgər siz andlarınızı (əhdlərini) pozan, Peyğəmbəri (öz yurdundan) çıxardıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınızmı? Məgər onlardan qorxursunuz? Əgər (həqiqi) möminlərsinizsə, bilin ki, əslində qorxmalı olduğunuz məhz Allahdır!
Elmir Quliyev :
Неужели вы не сразитесь с людьми, которые нарушили свои клятвы и вознамерились изгнать Посланника? Они начали первыми. Неужели вы боитесь их? Вам надлежит больше бояться Аллаха, если вы являетесь верующими.
Ələddin Sultanov:
(Ey möminlər!) Andlarını pozan, Peyğəmbəri (yurdundan) çıxartmağa cəhd göstərən sizə qarşı (döyüşə) ilk dəfə özləri başlayan bir qövmə qarşı döyüşməyəcəksinizmi? Yoxsa onlardan qorxursunuz? Əgər iman gətirmişsinizsə, (bilin ki,) ən çox Allahdan qorxmalısınız.
Kerbelayi Malik ağa:
Yəminlərini pozan bir qövmlə döyüşməyəcəksinizmi? (Onlar) rəsulu (yurdundan) çıxartmağa qərar verdilər sizinlə (döyüşə) ilk dəfə başlayanlar onlardır. Onlardan qorxursunuzmu? Əgər möminlərsinizsə, Allah qorxmağınız üçün daha çox haqq sahibidir.
Ələsgər Musayev:
Ə, öz andlarını pozan rəsulu xaric etmək haqqında düşünən qoumla döyüşməyəcəksinizmi? Sizinlə əvvəl onlar başladılar. Ə, onlardanmı çəkinirsiniz? Haqq budur ki, Allahdan çəkinəsiniz, əgər oldunuz inananlar!
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa siz öz andlarını pozmuş, Allahın Peyğəmbərini (Məkkədən) çıxarmaq qərarına gəlmiş sizinlə (müharibəyə) ilk dəfə başlayan da onlar olan bir dəstə ilə vuruşmayacaqsınız? Yoxsa onlardan qorxursunuz? Əgər imanınız varsa, Allah qorxulmağa daha layiqdir.
Kövsər Tağıyev:
Andlarını pozan, peyğəmbəri yurdundan çıxarmağa cəhd edən üstəlik sizə təcavüzü ilk dəfə özləri başladan bir qövmlə savaşmayacaqsınız? Yoxsa onlardan qorxursunuz? Halbuki Allah əgər siz həqiqi möminlərsinizsə qorxulmağa daha layiqdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər siz andlarını pozmuş, peyğəmbəri (Məkkədən) çıxarmaq istəmiş özləri sizinlə birinci başlamış adamlarla vuruşmayacaqsınız? Onlardan qorxursunuzmu? Əgər siz möminsinizsə, Allahdan qorxmanız daha vacibdir.
Sabirə Dünyamalıyeva:
Andlarını pozan, Elçini yurdundan qovmaq qərarına gəlmiş üstəlik sizə qarşı döyüşə birinci özləri başlayan bir tayfayla döyüşməyəcəksinizmi? Yoxsa onların qarşısında hörmət, məhəbbət elmlə ürpərirsinizmi? Əgər möminsinizsə, qarşısında hörmətlə, məhəbbətlə elmlə ürpərməyiniz üçün Allah daha layiqdir.