Əlixan Musayev:
Beləliklə, müşriklərin bir çoxuna övladlarını öldürməyi öz şərikləri gözəl göstərdilər ki, həm onları məhv etsinlər, həm də dinlərinə qarmaqarışıqlıq salsınlar. Əgər Allah istəsəydi, onlar bunu etməzdilər. Elə isə onları uydurduqları ilə birlikdə tərk et.
Bünyadov-Məmmədəliyev:
Beləcə, (onların şeytanlardan və cinlərdən ibarət olan) ortaqları müşriklərin bir çoxuna onları məhv etmək və dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını öldürməyi yaxşı bir iş kimi göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ya Rəsulum!) Onları da, uydurduqları yalanları da başlı-başına burax!
Elmir Quliyev
:
Так многим многобожникам их сотоварищи представили прекрасным убийство детей, дабы погубить их и сделать запутанной их религию. Если бы Аллах пожелал, они не поступали бы таким образом. Оставь же их вместе с их измышлениями.
Ələddin Sultanov:
Beləcə, onların ortaqları (olan şeytanlar) müşriklərin bir çoxuna övladlarını öldürməyi gözəl göstərdi ki, həm onları məhv etsinlər, həm də dinlərini qarışdırıb pozsunlar. Əgər Allah diləsəydi, bunu etməzdilər. Onları uydurduqları şeylərlə baş-başa burax!
Kerbelayi Malik ağa:
Beləcə onların şərikləri müşriklərin çoxuna onları həlak etmək üçün və onlara özlərinin dininə qarmaqarışıqlıq salmaq üçün övladlarını öldürməyi gözəl göstərdilər. Allah diləsəydi, onu edə bilməzdilər. Artıq onları və uydurduqları şeyləri tərk et.
Ələsgər Musayev:
(136). Onlar əkin məhsulundan və dörd ayaqlı heyvanatdan bir hissə Allah üçün ayırıb, gümanlarına görə deyirlər: «Bu hissə Allah üçündür və bu isə şəriklərimiz üçün!». Nə ki, oldu şərikləri üçün - Allaha yetişmir. Nə ki, oldu Allah üçün - şəriklərinə yetişir. Necə pis hökm edirlər!
A.Mehdiyev və D.Cəfərli:
Və beləcə şərikləri (müşriklərin Allaha şərik qoşduqları bütlər və cinlər) müşriklərin çoxuna (bölgüdə olduğu kimi) övladlarını (bütlərə qurban etmək məqsədilə) öldürməyi (də) zinətləndirdilər ki, onları (mənəvi) həlakətə sürükləsinlər və onların (İbrahim peyğəmbərin dini olan) dinlərini onlara anlaşılmaz və (xürafata) qarışıq göstərsinlər. Əgər Allah (məcbur etmək) istəsəydi, onlar o işi etməzdilər (lakin Allahın ənənəvi qanunlarında etiqad və əməldə məcbur etmək yoxdur). Buna görə də (sənə cihad etmək əmr olunana kimi) onları və (uydurduqları) iftiralarını burax.
Kövsər Tağıyev:
Yenə bunun kimi Allaha şərik qoşanların çoxuna, qoşduqları şəriklər, övladlarını öldürmələrini gözəl göstərdi ki, onları həlaka sürükləsinlər və dinlərini qarışdırıb onları yanıltsınlar. Əgər Rəbbin istəsəydi, bunu edə bilməzdilər. Artıq sən onları uydurduqları ilə baş-başa burax.
M.Qənioğlu və T.Bilaloğlu:
Beləliklə, onların qoşduqları şərikləri müşriklərdən bir çoxuna öz övladlarını öldürməyi yaxşı bir iş kimi göstərdilər ki, onları məhv etsinlər və dinlərini onlar üçün qarmaqarışıq etsinlər. Allah istəsəydi onlar bunu etməzdilər. Onları uydurduqları iftira ilə birlikdə burax!
Sabirə Dünyamalıyeva:
Və onların şərikləri, özlərini məhv etsinlər və dinlərinə fitnə salsınlar deyə müşriklərin bir çoxuna, yük olduğu, utanc səbəbi olduğu üçün və məbudlara qurban etmək kimi səbəblərlə, övladlarını öldürməyi gözəl göstərdi. Və Allah istəsəydi, bunu etməzdilər. O halda, onları və onların uydurduqları şeyləri boşla!