Bəqərə Surəsi 138. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(De): “Budur Allahın dini! Kimin dini Allahın dinindən daha doğru ola bilər? Biz yalnız Ona ibadət edənlərik!”
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər, deyin: ) “(Biz) Allahın dinini (rəngini qəbul etdik). (Dini) Allahın dinindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik”.
Elmir Quliyev :
Скажи: "Такова религия Аллаха! А чья религия может быть лучше религии Аллаха? Ему одному мы поклоняемся".
Ələddin Sultanov:
(Ey möminlər, deyin ki:) Allahın rəngi (ilə boyandıq)! Allahdan daha gözəl rəngi olan kimdir?! Biz yalnız Ona ibadət edənlərik. (Zəməxşərinin təfsirində qeyd edildiyinə görə, xristianlar yeni doğulan uşaqlarını rəngli bir suya batırır beləcə həmin uşağın xristianlığa girdiyinə inanırdılar. Buna görə yuxarıdakı ayədə müsəlmanlara: “Biz Allahın rəngi ilə boyandıq!” demələri tövsiyə olunmuşdur. Buradakı “rəng” ilə İslam dini nəzərdə tutulmuşdur.)
Kerbelayi Malik ağa:
Allahın boyası ilə boyanandan daha əhsən (daha gözəl) olan kim vardır? Biz Ona qul olanlarıq.
Ələsgər Musayev:
Rəngidir Allahın kim yaxşıdır Allahdan rəngdə? biz Onun üçün ibadət edənlərik.
A.Mehdiyev və D.Cəfərli:
(Bəli, bizim qəlblərimizin imanı) ilahi boyaqçılıqdır! Kimin boyaqçılığı Allahınkından gözəldir? Biz Ona ibadət edənlərik.
Kövsər Tağıyev:
“Biz Allahın boyası ilə boyanmışıq. Boyası Allahın boyasından daha gözəl olan kimdir? Biz ona ibadət edənlərik”, (deyin).
M.Qənioğlu və T.Bilaloğlu:
(Deyin): "Allahın boyağı ilə boyandıq (dinini qəbul etdik) Boyağı Allahın boyağından kimdir ? Biz Ona ibadət edirik !
Sabirə Dünyamalıyeva:
Allahın dininə! Din əmələ gətirməkdə Allahdan daha gözəl olan kimdir? biz, yalnız Ona ibadət edənlərik.