Əlixan Musayev:
Əgər (Mədinənin) hər tərəfindən üstlərinə hücum edilsəydi, sonra da onlardan fitnə törətmək (imandan dönmək) tələb olunsaydı, onu mütləq edər və cüzi şey istisna olmaqla bunda ləngiməzdilər.
Bünyadov-Məmmədəliyev:
Əgər (Mədinənin) hər tərəfindən üstlərinə yüyürülüb (cumulub) onlardan fitnə törətmək (imandan dönmək, yenidən müşrikliyə qayıtmaq) istənilsəydi, sözsüz ki, dərhal onu edər və bunda (bu işdə) azacıq da olsa yubanmazdılar.
Elmir Quliyev
:
Если бы они (союзники) вторглись в него со всех сторон и потребовали бы от них искушения (отказаться от веры), то они пошли бы на это и не стали бы медлить с этим, разве что немного.
Ələddin Sultanov:
Əgər Yəsribin (Mədinənin) hər tərəfindən onlara hücum edilsəydi, sonra da onlardan fitnə (şirk qoşmaları) tələb olunsaydı, şübhəsiz, bunu edər və azacıq da olsa yubanmazdılar.
Kerbelayi Malik ağa:
Əgər onların üzərinə onun (şəhərin) hər tərəfindən girilsəydi və sonra da fitnə (çıxartmaları) istənsəydi, mütləq onu edərdilər (fitnə çıxardardılar). Çox azı xaric, orada qalmazdılar.
Ələsgər Musayev:
Əgər onların üzərinə yaşayış yerinin müxtəlif tərəflərindən
daxil olsaydılar, sonra isə sual olunsaydılar sınağa, onda onlar
bunda razılığa gələrdilər və nə ki, qalardı onunla ancaq az!
A.Mehdiyev və D.Cəfərli:
Və əgər «əhzab» (dəstələr) Mədinənin ətrafından (töklüşüb) onların evlərində, başlarının üstünü alıb onlardan dinlərindən əl çəkmələrini istəsəydilər, mütləq bunu qəbul edərdilər və yalnız azca ləngiyərdilər.
Kövsər Tağıyev:
Əgər Mədinənin hər tərəfindən onların üstünə gəlib orada fitnə törətmələri istənilsəydi, onu mütləq edərdilər. O barədə çox yubanmazdılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Mədinənin müxtəlif tərəflərindən onlann üzərinə gəlinsəydi və sonra onlardan fitnə törətmək tələb olunsaydı, hökmən onu törədərdilər. Az bir qismindən başqa, bunu həmin anda edərdilər.
Sabirə Dünyamalıyeva:
Əgər onların üstünə [hücum çəkilib] evlərinin hər bucağından girilsəydi, sonra da xalq arasında fitnə-fəsad çıxarmaları tələb olunsaydı, bunu mütləq yerinə yetirərdilər. Bunu [etmək üçün] çox gözləməzdilər.