Əlixan Musayev:
Məgər sən, Allahın qəzəbləndiyi adamlarla dostluq edənləri görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Məgər onların (münafiqlərin) Allahın qəzəbləndiyi bir tayfanı (yəhudiləri) özlərinə dost tutduqlarını (mömin müsəlmanların sirlərini onlara verdiklərini) görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar (özlərinin riyakar olduqlarını) bilə-bilə (Allaha və Muhəmməd əleyhissəlama iman gətirdikləri barədə) yalandan and içirlər.
Elmir Quliyev
:
Разве ты не видел тех, которые дружат с людьми, на которых разгневался Аллах? Они не относятся ни к вам, ни к ним. Они дают заведомо ложные клятвы.
Ələddin Sultanov:
Allahın qəzəbinə gəlmiş bir qövmü özlərinə dost tutanları görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər.
Kerbelayi Malik ağa:
Allahın qəzəbləndiyi qövmə dönənləri (onları dost tutan münafiqləri) görmədinmi? Onlar sizdən deyil və onlardan da deyil. Bilərək yalandan and içərlər.
Ələsgər Musayev:
Ə, görmədin o kəsləri ki,
Allah qəzəbləndiyi qoumla dostluq edirlər? Onlar nə
sizdəndirlər və nə onlardan və bilərəkdən yalandan and içirlər.
A.Mehdiyev və D.Cəfərli:
Məgər Allahın qəzəb etdiyi qövmü (yəhudiləri) özlərinə dost tutanları (münafiqləri) görmədinmi?! Onlar nə sizdəndirlər və nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər (ki, sizdəndirlər).
Kövsər Tağıyev:
Allahın qəzəb etdiyi bir topluluğu dost tutanları görmürsənmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalan yerə and içirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən Allahın qəzəbi tutmuş adamlarla dostluq edənləri görməmisənmi? Onlar nə sizdən, nə də onlardandıriar. Onlar özləri bilə-bilə yalandan and içirlər.
Sabirə Dünyamalıyeva:
Allahın qəzəbinə tuş gələn bir tayfanı [özlərinə] köməkçi, himayəçi; idarəçi qəbul edənləri görmədinmi/heç düşünmədinmi? Onlar nə sizdəndir, nə də onlardan. Və onlar bilərək yalandan and içirlər.