Tövbə Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin
Bünyadov-Məmmədəliyev:
Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb möminlərin ürəklərini fərəhləndirsin.
Elmir Quliyev :
Сражайтесь с ними. Аллах накажет их вашими руками, опозорит их и одарит вас победой над ними. Он исцелит груди верующих людей
Ələddin Sultanov:
Onlarla döyüşün ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rəzil-rüsvay etsin, sizi onlara qalib etsin möminlər tayfasının qəlblərini fərəhləndirsin.
Kerbelayi Malik ağa:
Onlarla döyüşün. Allah sizin əllərinizlə onları əzablandırar onları alçaldar. Onlara qarşı sizə yardım edər (zəfər qazandırar). Möminlər qövmünün sinələrinə şəfa verər (yaxşılaşdırar, fərəhləndirər).
Ələsgər Musayev:
Döyüşün onlarla ki, Allah sizin əllərinizlə onları əzab etsin onları rüsvay etsin onların əleyhinə sizə yardım edib inanan qoumun ürəklərinə şəfa versin
A.Mehdiyev və D.Cəfərli:
Onlarla vuruşun ki, Allah onlara sizin əlinizlə əzab versin, onları xar etsin, sizi onlara qalib etsin möminlərdən (müşriklərdən yaralı) olan dəstənin ürəklərinə şəfa versin.
Kövsər Tağıyev:
Onlarla savaşın ki, Allah onlara sizin əlinizlə əzab versin, onları rüsvay etsin, onlara qarşı sizə yardım etsin, mömin topluluğun ürəklərini rahatlatsın
M.Qənioğlu və T.Bilaloğlu:
Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onlar üzərində qələbə çaldırsın, mömin adamların ürəklərinə şəfa versin
Sabirə Dünyamalıyeva:
Onlarla vuruşun ki, Allah sizin əlinizlə onları cəzalandırsın onları rüsvay etsin. Sizi də, onlara qarşı qalib etsin