Ənam Surəsi 140. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Axmaqlıqları üzündən dərk etmədən öz övladlarını öldürən Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramışlar. Onlar azdılar doğru yola yönəlmədilər.
Bünyadov-Məmmədəliyev:
Səfehlik üzündən anlamadan öz uşaqlarını öldürən Allahın onlara verdiyi ruzini (müqəddəs saydıqları heyvanları) Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azmış, doğru yolu tapa bilməmişlər.
Elmir Quliyev :
Понесли урон те, которые убивали своих детей по глупости, без всякого знания, и запрещали то, чем наделял их Аллах, возводя навет на Аллаха. Они впали в заблуждение и не последовали прямым путем.
Ələddin Sultanov:
Şübhəsiz, səfehlikləri üzündən bilmədən öz uşaqlarını öldürən Allaha iftira yaxaraq Allahın onlara verdiyi ruzini (qadınlara) haram edənlər ziyana uğramışlar. Onlar, həqiqətən, azmışlar doğru yolda deyillər. (Cahiliyyə dövründə bir çox ərəb əsir düşməsindən, yaxud yoxsulluqdan qorxaraq yeni doğulan qız uşaqlarını diri-diri torpağa basdırırdı. Yuxarıdakı ayədə onların bu əməli qınanmışdır.)
Kerbelayi Malik ağa:
Bir elmi olmadan ağılsızca (axmaqca) övladını öldürənlər hüsrana uğramışlar. Allaha iftira ataraq, Allahın onlara ruzi verdiyi şeyləri haram edən kəslər dəlalətdə qalmışlar hidayətdə deyillər.
Ələsgər Musayev:
Dedilər: «Nə ki, bu davarların bətnində var, bizim kişilərindir bizim zövclərimizə qadağandır». Əgər ölü olsa, onda şərikdirlər ona. O verər onların bu vəsflərinə görə cəzasını. Həqiqətən, O Həkimdir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, (cahiliyyət müşriklərindən) öz övladlarını ağılsızlıq nadanlıq ucbatından öldürmüş Allahın onlara (övlad, əkin mal-qara kimi şeylərdən) ruzi olaraq verdiyini Allaha iftira yaxmaqla haram etmiş kəslər ziyana uğradılar. Onlar doğrudan da (yoldan) azdılar onlar heç vaxt hidayətdə olmayıblar.
Kövsər Tağıyev:
Səfehlikləri ucbatından cahilcə övladlarını öldürənlər, Allahın verdiyi ruzini Allaha iftira ataraq haram sayanlar, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar azmışlardır. Doğru yolu tapmış da deyillər.
M.Qənioğlu və T.Bilaloğlu:
Səfehlik üzündən anlamadan öz övladlarını öldürənlər, Allaha iftira ataraq Allahın onlara verdiyi ruziləri haram sayanlar, şübhəsiz ziyana uğramış olurlar. Onlar, artıq yolu azmışlar, düz yolla gedən deyildirlər.
Sabirə Dünyamalıyeva:
Cəhalət üzündən beyinsizlik edərək öz uşaqlarını öldürənlər Allahın verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, şübhəsiz ki, zərərə düçar oldular. Onlar, əlbəttə yoldan azanlardır onlar yönləndirildikləri doğru yolu tapan kəslər deyil.