Bəqərə Surəsi 143. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər sizə şahid olsun. Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa (hamısına) ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kəbəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) təyin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir.
Elmir Quliyev :
Мы сделали вас общиной, придерживающейся середины, чтобы вы свидетельствовали обо всем человечестве , а Посланник свидетельствовал о вас самих. Мы назначили киблу, к которой ты поворачивался лицом прежде, только для того, чтобы отличить тех, кто последует за Посланником, от тех, кто повернется вспять. Это оказалось тяжело для всех, кроме тех, кого Аллах повел прямым путем. Аллах никогда не даст пропасть вашей вере. Воистину, Аллах сострадателен и милосерден к людям.
Ələddin Sultanov:
Beləliklə, sizi insanlara şahid olasınız peyğəmbər sizə şahid olsun deyə orta (mötədil) bir ümmət etdik. Sənin yönəldiyin qibləni (Kəbəni) yalnız ona görə təyin etdik ki, peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayıraq. Bu, Allahın doğru yola yönəltdiyi kimsələrdən başqasına ağır gələr. Allah sizin imanınızı əsla puça çıxartmaz. Şübhəsiz ki, Allah insanlara qarşı şəfqətlidir, mərhəmətlidir.
Kerbelayi Malik ağa:
Beləcə insanların üzərinə (haqq) şahidlər olmağınız üçün Biz sizi orta (ikisi arasında) bir ümmət etdik. Rəsul da sizin üzərinizə şahid olsun. Biz yalnız Rəsula tabe olanı, topuqları üzərində geriyə dönəndən ayırıb bilməyimizüçün, hələ o üzərinə (yönəlməkdə) olduğunuz (Kəbəni) qiblə etdik. Bu, əlbəttə çətin bir işdir, ancaq Allahın hidayət etdiyi kəslər istisna olmaqla (bu onlara çətin gəlməz). Allah sizin imanınızı məhv edəcək deyil. Şübhəsiz ki, Allah insanlara çox şəfqətlidir, mərhəmətlidir.
Ələsgər Musayev:
beləliklə etdik Biz sizi vasitə ümmət, olmanız üçün üzərində insanların şahid olsun rəsul sizin üzərinizə şahid. etdik qibləni, hansı kioldun sən üzərinə onunancaq bildirməyimiz üçün kim tabe olur rəsula ayrılaraq dabanı üstündə çevrilib gedən kəslərdən əgər oldu böyükancaq üzərinə o kəslərin kihidayət etdi AllahAllah zay etməz imanınızıHəqiqətənAllah insanlar ilə RaufdurRəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Sizin üçün müstəqil bir qiblə təyin etdiyimiz kimi) sizi orta (ifrat onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız bu Peyğəmbər sizə şahid olsun. Biz sənin əvvələr üz tutduğun qibləni (Beytül-Müqəddəsi) Peyğəmbərə tabe olan şəxsi geri dönən (və keçmiş qiblədə qalan) şəxsdən ayırd etməkdən (əzəli elmimizi xaricdə gerçəkləşdirməkdən) başqa bir şey üçün (qiblə) təyin etməmişdik. Hərçənd ki, bu hökm Allahın hidayət etdiyi şəxslərdən başqası üçün çətin ağır idi. Allah sizin imanınızı (keçmiş etiqadlarınızın, yaxud əvvəlki qibləyə üz tutub etdiyiniz ibadətlərin savabını) zay etmək istəmir. Həqiqətən Allah insanlara qarşı olduqca şəfqətli mehribandır.
Kövsər Tağıyev:
Beləliklə, sizi orta bir ümmət etdik ki, siz insanlara şahid (və nümunə) olasınız, Peyğəmbər sizə şahid (və nümunə) olsun. Hər qədər Allahın doğru yolu göstərdiyi kəslərdən başqasına ağır gəlsə də, biz üz tutduğun cəhəti ancaq Rəsula tabe olanlarla üz döndərənləri ayırd etmək üçün qiblə təyin etdik. Allah imanınızı boşa çıxarmaz. Şübhəsiz, Allah insanlara qarşı çox şəfqətli çox mərhəmətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Beləliklə Biz sizi orta yolda olan bir tayfa etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər sizə şahid olsun. Biz sənin üz tutduğun qibləni yalnız ona görə etdik ki, geri üz tutanlardan (fərqli olaraq) peyğəmbərin ardınca kimin getdiyini bilək. Bu, Allahın düz yolu ilə gedənlərdən başqaları üçün çətin işdir. Axı Allah sizin imanınızı itirməz. Həqiqətən Allah insanlara şəfqətlidir, rəhmlidir !
Sabirə Dünyamalıyeva:
bax beləcə Biz, sizi xeyirli bir ümmət etdik ki, insanların üstündə şahid olasınız, Elçi sizin üstünüzdə şahid olsun. Üz tutduğun bu hədəfi/strategiyanı təyin etməyimizin səbəbi yalnız Elçiyə uyan kəsləri iki dabanı üzerindeə geri dönəcək kəslərdən ayırmaq; işarələyib göstərmək/bildirmək üçün idi. Müəyyən etdiyimiz bu hədəf/strategiya, əlbəttə, Allahın bələdçilik etdiyi kəslərin xaricindəkilər üçün çox böyükdür. Allah, imanınızı itirəsi deyil. Heç şübhəsiz ki, Allah, bütün insanlara qarşı çox şəfqətli, çox mərhəmətlidir.