Əlixan Musayev:
Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.
Bünyadov-Məmmədəliyev:
Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!”
Elmir Quliyev
:
А если они будут сражаться с тобой, чтобы ты приобщил ко Мне сотоварищей, о которых у тебя нет знаний, то не повинуйся им, но сопровождай их в этом мире по-доброму и следуй путем тех, кто обратился ко Мне. Потом вам предстоит вернуться ко Мне, и Я поведаю вам о том, что вы совершили.
Ələddin Sultanov:
Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Dünyada onlarla yaxşı dolan! Mənə yönələnlərin yoluna tabe ol! Sonra dönüşünüz Mənədir. Mən də etdiyiniz əməlləri sizə xəbər verəcəyəm.
Kerbelayi Malik ağa:
Haqqında elmin olmayan bir şeyi şirk qoşmağın üçün cəhd göstərsələr, ikisinə də itaət etmə! Dünyada onlara gözəl şəkildə sahib ol. Mənə yönələnlərin yoluna tabe ol. Sonra dönüşünüz Mənədir. O zaman etdiyiniz şeyləri sizə xəbər verəcəm.
Ələsgər Musayev:
Əgər onlar cəhd
etsələr ki, Mənə şərik qoşasan onu ki, ona sənin elmin yoxdur,
onda itaət etmə onlara. Müşayət et onları dünyada mərifətlə və
tabe ol yoluna o kəslərin ki, Mənə tərəf qayıdıblar. Sonra Mənə
tərəfdir müraciətiniz və Mən xəbər verəcəyəm sizə nə ilə ki,
oldunuz əməllilər
A.Mehdiyev və D.Cəfərli:
Əgər onlar (ata-anan) cəhd etsələr ki, haqqında elmin olmayan bir şeyi (ilahilikdə, müqəddəslikdə) Mənə şərik qoşasan, əsla onlara itaət etmə. Dünyada onlarla yaxşı davran və (bütün hallarda) Mənə tərəf dönən (yönələn) kəslərin yolunu tut! Sonra isə hamınızın dönüşü Mənə tərəfdir. Beləliklə (Mən) sizə etdiklərinizdən xəbər verəcəyəm.
Kövsər Tağıyev:
“Əgər (valideynlərin), haqqında heç nə bilmədiyin bir şeyi mənə şərik qoşman üçün sənə təzyiq göstərsələr, onlara itaət etmə. Lakin dünyada onlarla gözəl rəftar et. Mənə yönələnlərin yoluna tabe ol. Sonra dönüşünüz ancaq mənədir. Mən də sizə etdiklərinizi xəbər verəcəyəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar sənin bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün cəhd göstərsələr, (bu işdə) onlara itaət göstərmə. (Digər) dünya işlərində isə onlarla yaxşı davran və Mənə üz tutanın ardınca get. Sonra qayıdışınız Mənədir və Mən nələr etdiyinizi sizə xəbər verəcəyəm."
Sabirə Dünyamalıyeva:
Və əgər ki, ana-atan bilmədiyin bir şeyi Mənə şərik qoşmağa səni məcbur etməyə cəhd göstərsələr, onlara itaət etmə. Və dünyada onlarla yaxşı dolan və Mənə yönələn kəslərin yolunu tut. Sonra dönüşünüz ancaq Mənədir. Sonra da Mən, sizə etməkdə olduğunuz şeyləri sizə xəbər verəcəyəm.