Ənam Surəsi 152. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yetim həddi-buluğa çatana qədər, xeyirxahlıq (qoruyub saxlamaq artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, onun malına yaxınlaşmayın! Ölçüyə çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız.
Bünyadov-Məmmədəliyev:
Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman (lehinə ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!
Elmir Quliyev :
Не приближайтесь к имуществу сироты, кроме как во благо ему, пока он не достигнет зрелого возраста. Наполняйте меру и весы по справедливости. Мы не возлагаем на человека сверх его возможностей. Когда вы произносите слово, будьте справедливы, даже если это касается родственника. Будьте верны договору с Аллахом. Это заповедал вам Аллах, быть может, вы помяните назидание.
Ələddin Sultanov:
Həddi-büluğa çatana qədər yetimin malına ancaq ən gözəl şəkildə (yetimin mənafeyinə uyğun) yaxınlaşın! Ölçüdə çəkidə ədalətə riayət edin! Biz hər kəsə yalnız gücü yetdiyi qədər (məsuliyyət) yükləyirik. Söz söylədiyiniz zaman (haqqında danışdığınız şəxs) qohumunuz olsa belə ədalətli davranın! Allaha olan əhdinizi yerinə yetirin! Allah bunları sizə əmr etmişdir ki, bəlkə, siz düşünüb öyüd alasınız.
Kerbelayi Malik ağa:
Yetimin malına, o həddi-büluğa çatana qədər, ən gözəl şəkliylə olmadıqca yaxınlaşmayın. Ölçü çəkini ədalətlə yerinə yetirin. Kimsəni gücünün xaricində (bir şey ilə) məsul tutmarıq. Söylədiyiniz zaman yaxınınız olsa belə, artıq ədalətlə söyləyin. Allahın əhdini yerinə yetirin. Beləcə təzəkkür edərsiniz deyə (Allah) sizə onunla belə vəsiyyət (əmr) etdi.
Ələsgər Musayev:
De: «Gəlin Allahın sizə nəyi qadağan etdiyini tilavat edim: Onun ilə şərik qoşmayın şeynən valideynlərlə yaxşılıq yoxsulluq üzündən övladlarınızı qətlə yetirməyin; sizin də, onların da ruzisini Biz veririk. Zahiri batini fahişəliyə yaxın düşməyin qətlə yetirməyin nəfsi, hansı ki, Allah qadağan buyurub, ancaq haqq olaraq. Belə vəsiyyət edir sizə onun ilə, ola ki, əql edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
«Və yetimin malına o, (cismani ruhi baxımdan) həddi-büluğa çatana kimi, gözəl bir tərz istisna olunmaqla, yaxınlaşmayın. Ölçü çəkini ədalətlə tam şəkildə verin. Biz heç bir kəsin üzərinə (əqidə əməllərdə) öz imkanından artıq vəzifə qoymuruq. (Hakim şahid kimi ya fətva vermək məqsədilə) danışanda, hətta qohum(larınız barəsində) olsa belə, ədalətli olun. (şəriətin əsas qollarını qəbul etməkdə) Allahın əhd-peymanına kamil surətdə vəfa edin. Bəlkə öyüd götürəsiniz deyə, Allahın sizə tapşırdıqları bunlardır.»
Kövsər Tağıyev:
Həddi-büluğa çatana qədər yetimin malına ancaq ən gözəl şəkildə yaxınlaşın. Ölçünü mizanı ədalətlə tam yerinə yetirin. Biz hər kəsi ancaq gücünün yetdiyi qədərindən məsul tutarıq.5 (Biri haqqında) danışdığınız zaman yaxınınız belə olsa, ədalətli olun. Allaha verdiyiniz sözü tutun. Allah bunları sizə öyüd götürəsiniz deyə əmr etdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Həddi-buluğa çatana qədər yetimin malına yalnız xeyirxahlıqla yaxın durun; ölçü çəkidə düz olun. Biz heç kəsi gücü çatmadığına vadar etmərik; siz (bir şey) söylədikdə, yaxın qohumunuz olsa belə, ədalətli olun; Allah qarşısındakı əhdə əməl edin. Bunu O sizə tövsiyə etdi ki, bəlkə düşünüb öyüd alasınız!
Sabirə Dünyamalıyeva:
Yetimin malına da yaxınlaşmayın, -Yalnız həddi-büluğa çatana qədər ən gözəl şəkildə yaxınlaşa bilər uyğun şəkildə xərcləyə bilərsiniz.- ölçünü, çəkini haqqaniyetle əskiksiz edin, -Biz heç kəsə gücü çatdığından başqasını; imkanının xaricindəki bir şeyi yükləmərik.- danışanda, yaxınınız da olsa ədalətli olun Allaha verdiyiniz sözü əskiksiz tutun.' -Bax bunlar, öyüd alıb düşünəsiniz deyə Allahın sizə öhdəlik olaraq qoyduğu şeylərdir.-"