Əlixan Musayev:
Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: “Allahı bizə açıq-aşkar göstər!”– demişdilər. Haqsızlıqlarına görə on-ları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından bu-zovu tanrı qəbul etdilər. Biz bunu da əfv etdik və Musaya açıq-aşkar dəlil verdik.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Kitab əhli (yəhudilər) sənin onlara göydən (birdəfəlik) bir kitab endirməyini istəyirlər. Halbuki onlar (vaxtilə) Musadan bundan daha böyüyünü istəmiş və: “Bizə Allahı aşkar göstər!” – demişdilər. Və öz ədalətsizlikləri üzündən onları ildırım vurmuşdu. Sonra onlara açıq-aydın möcüzələr gəldiyi halda, buzova sitayiş etmişdilər. Biz bundan da (onların bu günahından da) keçdik və Musaya açıq-aşkar dəlil (parlaq möcüzələr) verdik.
Elmir Quliyev
:
Люди Писания просят тебя, чтобы ты низвел им писание с неба. Мусу (Моисея) они попросили о еще большем, когда сказали: "Покажи нам Аллаха открыто". Тогда их постигла смерть за их несправедливость. А затем они стали поклоняться тельцу после того, как к ним явились ясные знамения, но Мы простили это и даровали Мусе (Моисею) явное доказательство.
Ələddin Sultanov:
(Ey Rəsulum!) Kitab əhli (yəhudilər) səndən, özlərinə göydən bir kitab endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan daha böyüyünü istəyərək belə demişdilər: “Bizə Allahı açıq bir şəkildə göstər!” Zülmləri səbəbilə onları ildırım vurmuşdu. Bunun ardınca, onlara açıq-aydın dəlillər gəldikdən sonra buzovu özlərinə ilah qəbul etdilər. Biz bunu da bağışladıq və Musaya açıq bir dəlil (səlahiyyət) verdik.
Kerbelayi Malik ağa:
Kitab əhli səndən onlara göydən bir kitab nazil etməyini istəyirlər. Halbuki Hz. Musadan bundan daha da böyüyünü istəmişdilər ‘O halda, bizə Allahı açıq-aşkar göstər.’ demişdilər. Bunun üzərinə zülmlərinə görə onları ildırım vurdu. Ardından özlərinə dəlillər (açıq-aşkar möcüzələr) gəldikdən sonra da buzovu (ilah) qəbul etdilər. Buna baxmayaraq, onları (bu suçlarına görə) bağışladıq və Hz. Musaya ‘açıq-aşkar sultan (güc və dəlil)’ verdik.
Ələsgər Musayev:
Əhli kitab səndən sual edir ki, səmadan
onlara kitab nazil edəsən. Fəqət onlar sual etdilər Musadan
bundan da böyüyünü və dedilər: «Göstər bizə Allahı açıqaşkar!
» Və bu zülmlərinə götə yanar ildırım onları çaldı. Sonra
aydın ayətlər və dəlillər onlara gələndən sonra buzovu özlərinə
götürdülər. Bununla belə Biz onları əfv və Musaya aşkar
sultanlıq verdik.
A.Mehdiyev və D.Cəfərli:
Kitab əhli səndən onlar üçün səmadan bir kitab endirməyini istəyirlər! Əlbəttə onlar Musadan bundan da böyüyünü istəyib «Allahı aşkar şəkildə bizə göstər!» dedilər. Beləliklə zülmlərinə görə onları ildırım vurdu. Yenə onlara aşkar dəlillər gəldikdən sonra buzovu özlərinə tanrı etdilər. Onda Biz bundan da keçdik və Musaya aydın dəlil-sübut (və aşkar qüdrət) verdik.
Kövsər Tağıyev:
Kitab əhli səndən istəyir ki, onlara göydən bir kitab endirəsən. (Buna təəccüb etmə!) Musadan bundan daha böyüyünü istəmiş və “Allahı bizə əyani bir şəkildə göstər”, – demişdilər. Beləliklə, zülmləri səbəbi ilə onları ildırım vurdu. Sonra onlara açıq-aydın dəlillər gəldikdən sonra buzovu tanrı qəbul etdilər. Biz bunu da əfv etdik və Musaya açıq-aşkar bir güc və ixtiyar verdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitab əhli göydən özlərinə bir kitab nazil etməni səndən istərlər. Musadan isə bundan da böyük bir şey istəyərək demişdilər: “Allahı bizə açıq-aşkar göstər!" Bu haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Aydın dəlillər gəldikdən sonra isə onlar buzova səcdə etmişdilər. Biz bunu da bağışladıq və Musaya açıq-aydın bir hökmranlıq verdik.
Sabirə Dünyamalıyeva:
Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Və həqiqətən onlar Musadan bundan daha böyüyünü istəmiş, "Allahı bizə açıq-aşkar göstər" demişdilər. Sonra da haqsızlıqları səbəbiylə onları ildırım vurmuşdu. Sonra da onlara açıq-aşkar dəlillər gəldiyi halda qızılı özlərinə məbud etmişdilər. Sonra Biz onları bundan ötəri də bağışladıq. Və Biz Musaya açıq-aşkar bir dəlil verdik.