Ənam Surəsi 157. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
ya: “Əgər bizə Kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”– deməyəsiniz. Artıq sizə Rəbbinizdən açıq-aydın bir dəlil, hidayət mərhəmət gəlmişdir. Allahın ayələrini yalan sayan onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq.
Bünyadov-Məmmədəliyev:
ya: “Əgər bizə kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq”, - söyləməməyiniz üçün (göndərdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis cəza ilə cəzalandıracağıq!
Elmir Quliyev :
Или чтобы вы не говорили: "Если бы нам было ниспослано Писание, то мы придерживались бы прямого пути лучше, чем они". К вам уже явилось ясное знамение от вашего Господа, верное руководство и милость. Кто же несправедливее того, кто считает ложью знамения Аллаха и отворачивается от них? Мы воздадим тем, кто отворачивается от Наших знамений, тяжкими мучениями за то, что они отворачивались.
Ələddin Sultanov:
Yaxud da: “Əgər bizə kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”, - deməyəsiniz deyə (Quranı nazil etdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət rəhmət gəlmişdir. Allahın ayələrini yalan sayaraq onlardan üz çevirən kəsdən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri, üz döndərdiklərinə görə ən pis əzabla cəzalandıracağıq.
Kerbelayi Malik ağa:
Yaxud ‘Əgər bizə bir kitab endirilsəydi, əlbəttə onlardan daha çox hidayətə ərərdik.’ deyərsiniz. Sizə Rəbbinizdən hidayət, bəyyinə (dəlil) rəhmət gəlmişdir. Elə isə kim Allahın ayələrini yalanlayandan Ondan üz çevirən kimsədən daha zalımdır? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ağır bir əzabla cəzalandıracağıq.
Ələsgər Musayev:
Ona görə ki, deyərsiz: «Həqiqətən ki, nazildir kitab üzərinə iki tayfanın bizdən qabaq. Olduq biz onların tədrisindən qafil».
A.Mehdiyev və D.Cəfərli:
Yaxud «əgər bizə (səmavi) kitab nazil olsaydı, şübhəsiz, onlardan da artıq hidayət tapmış olardıq» deyəsiniz. Beləliklə, həqiqətən sizin üçün Rəbbiniz tərəfindən dəlil-sübut hidayət rəhmət amili gəlmişdir. Buna görə kim Allahın ayələrini təkzib edən, onlardan üz çevirən başqalarını da ondan döndərəndən daha zalım ola bilər? Tezliklə Bizim ayələrimizdən üz döndərən (həmçinin) başqalarına da mane olanları üz döndərmələrinin (başqalarına) mane olmalarının cəzası olaraq ağır bir əzabla cəzalandıracağıq.
Kövsər Tağıyev:
yaxud da: “Əgər bizə kitab endirilsəydi, biz onlardan daha çox doğru yolda olardıq”, deməyəsiniz deyə bu Qur`anı endirdik. (Budur) sizə Rəbbinizdən açıq-aşkar bir dəlil, bir hidayət bir rəhmət gəldi. Artıq Allahın ayələrini yalan sayan (insanları) onlardan yayındıran kimsədən daha zalım kimdir?! İnsanları ayələrimizdən yayındırmağa çalışanları törətdikləri maneəçilik səbəbi ilə əzabın ən şiddətlisi ilə cəzalandıracağıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud: "Əgər kitab bizə nazil olsaydı, onlardan daha düz yolda olardıq." - deməyəsiniz. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil, düz yol göstəricisi mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib, onlardan üz döndərəndən daha zalımı kim olar? Ayələrimizdən üz döndərənləri üz döndərdiklərinə görə pis əzabla cəzalandıracağıq.
Sabirə Dünyamalıyeva:
Elə isə Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha səhv, öz zərərlərinə olan əməli işləyən kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə əzabın pisi ilə cəzalandıracağıq.