Əlixan Musayev:
Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır.
Bünyadov-Məmmədəliyev:
Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) elə bir kəs olmaz ki, ölümündən əvvəl (can verdiyi zaman) ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir.
Elmir Quliyev
:
Среди людей Писания не останется такого, который не уверует в него (Ису или Мухаммада) до его смерти (до смерти Иисуса или до своей смерти), а в День воскресения он будет свидетелем против них.
Ələddin Sultanov:
Kitab əhlindən olan hər bir kəs ölümündən əvvəl mütləq ona (İsaya) iman gətirəcəkdir. Qiyamət günü isə o (İsa) onlara şahidlik edəcəkdir. (Allah İsa peyğəmbəri yəhudilərdən qorumuş və Öz dərgahına qaldırmışdır. Ancaq bunun necə və nə zaman olduğu barəsində müxtəlif fikirlər vardır. İslam alimlərinin əksəriyyətinə görə, Allah onu, mənəvi səmalardakı xüsusi bir mənzilə qaldırmış və qiyamətdən əvvəl onu təkrar dünyaya göndərəcəkdir. O zaman kitab əhlindən olan hər kəs onun peyğəmbər olduğunu qəbul edəcək və batil inanclarından əl çəkəcəkdir. İsa peyğəmbər dünyada qaldığı müddət ərzində Qurana görə hökm edəcəkdir. Digər bir görüşə görə, Allah İsa peyğəmbəri yəhudilərdən qorumuş, daha sonra o öz əcəli ilə vəfat etmiş və Allah onun ruhunu səmaya qaldırmışdır. Kitab əhlindən olanlar isə, ölümlərindən əvvəl həqiqəti görüb öyrənəcəklər, ancaq bu imanları onlara fayda verməyəcəkdir. )
Kerbelayi Malik ağa:
Ancaq kitab əhlindən olanlar (Onu təkzib edən Yəhudilər və ‘Allahın oğlu’ deyən xristianlar) Ona ölümündən öncə mütləq iman edəcəklər. O, qiyamət günü onların üzərinə şahid olacaq.
Ələsgər Musayev:
Əgər
əhlindən kitabın, ancaq inanmaları üçün onun ilə ölümündən
qabaq onun və günü qiyamətin olsun onların əleyhinə şahid.
A.Mehdiyev və D.Cəfərli:
Kitab (Tövrat və İncil) əhlindən elə bir nəfər yoxdur ki, ölümündən (bir neçə an) qabaq ona (İsanın Allahın elçisi və qulu olmasına) iman gətirməsin (lakin bu imanın heç bir xeyri yoxdur). (Yaxud: Kitab əhlinin hamısı (dünyanın sonunda İsa göydən yerə gələndən sonra və) ölümündən qabaq ona iman gətirəcək.) O da Qiyamət günü onlara şahid olacaqdır.
Kövsər Tağıyev:
Kitab əhlindən elə bir kəs yoxdur ki, ölümündən əvvəl ona (İsaya) iman etməsin. Qiyamət günü o (İsa), onların əleyhinə şahid olacaq.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitab əhlindən eləsi yoxdur ki, öz ölümündən əvvəl ona [İsaya] iman gətirməsin. Qiyamət günü isə o, onlara şahidlik edəcəkdir.
Sabirə Dünyamalıyeva:
And olsun, Kitab əhlindən elə bir kəs olmaz ki ölmədən əvvəl sənə nazil edilən/Qurana inanmasın. Qiyamət günündə də, sənə nazil edilən/Quran, onların əleyhinə yaxşıca şahid olacaq.