Əlixan Musayev:
Bir zaman onlara deyil-mişdi: “Bu kənddə sakin olun və ondan (orada olan nemətlərdən) bəyəndiyiniz yerlərdə yeyin. “Bizi bağışla!”– deyin və qapıdan (Allaha) səcdə edərək daxil olun ki, sizin günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərə (mükafatlarını) artırarıq”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Yadına sal ki, o zaman onlara (yəhudilərə) belə deyilmişdi: “Bu şəhərdə (Qüdsdə) sakin olun, ondan (onun meyvələrindən) istədiyiniz yerdə yeyin, “hittə” (“bizi bağışla”) deyin və qapıdan (Beytülmüqəddəsin qapısından) səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatını artıracağıq!”
Elmir Quliyev
:
Вот им было сказано: "Поселитесь в этом городе и ешьте там, где пожелаете. Скажите: “Прости нас”, — и войдите во врата, поклонившись. Мы простим ваши прегрешения и приумножим награду творящим добро".
Ələddin Sultanov:
O zaman onlara belə deyilmişdi: “Bu şəhərdə (Qüdsdə) məskunlaşın. Ondan (nemətlərindən) istədiyiniz kimi yeyin. “Hittə!” (Bizi bağışla!) deyin və qapıdan əyilərək daxil olun ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərin mükafatlarını daha da artıracağıq.
Kerbelayi Malik ağa:
Onlara: ‘Bu şəhərdə yerləşin və ondan dilədiyiniz yerdən yeyin. ‘Bizi bağışla!’ deyin və qapıdan səcdə edərək girin.’ deyilmişdi. ‘Sizin xətalarınızı məğfirət edək və muhsinlərə daha da artırarıq.’
Ələsgər Musayev:
Onda onlara deyildi: «Bu kənddə sakin olun və oradan heysiniz istəyəni yeyin və deyin: “Hiddətlənmə!” Səcdə edərək qapıdan içəri girin ki, xətalarınızı sizin üçün bağışlayaq. Yaxşıların mükafatını artıracağıq!»
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o zaman(ı) ki, onlara (belə) deyilmişdi: «Bu şəhərdə (Beytül-Müqəddəsdə) məskunlaşın, onun istədiyiniz yerindən istifadə edin, «(ey Rəbbimiz), bizim günahlarımızı tök» deyin və bu qapıdan səcdə halında (təvazökarlıqla) daxil olun ki, sizin günahlarınızı bağışlayaq. (Onda) tezliklə yaxşılara artıq bağışlayarıq.» (Bəqərə surəsinin 58-ci ayəsinə mürəciət edin).
Kövsər Tağıyev:
O zaman onlara deyilmişdi ki: “Bu məmləkətə yerləşin. Orada istədiyiniz kimi yeyin və: “Hitta (Ya Rəbb! Bizi bağışla!)” – deyin. Şəhərin qapısından əyilərək təvazö ilə daxil olun ki, biz də sizin xətalarınızı bağışlayaq. Yaxşılıq edənlərə daha da artığını verəcəyik”.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman onlara deyildi: "Bu şəhərdə [Qüdsdə] yaşayın və orada istədiyinizdən yeyin! "Hittə" ["Günahları bağışla"] - deyin və səcdə edərək qapıdan girin ki, Biz də günahlarınızı bağışlayaq. Biz xeyir əməl tutanların (mükafatını) artıracağıq.”
Sabirə Dünyamalıyeva:
Və bir zaman onlara, "Bu şəhərdə sakin olun və oradan istədiyiniz şeyləri yeyin və ‘hittə!’ [günahlarımızı bağışla!] deyinə və təslim olmuş bir halda qapıdan keçin. Biz günahlarınızı bağışlayacağıq, yaxşılar üçün çoxaldacağıq" deyilmişdi.