Əraf Surəsi 167. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O zaman Rəbbin onlara Qiyamət gününədək ən ağır əzab verəcək kimsələr göndərəcəyini bildirdi. Doğrudan da, sənin Rəbbin tez cəza verəndir. Həqiqətən də, O, Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
(Ey Rəsulum!) O zaman Rəbbin onlara (yəhudilərə) qiyamət gününədək şiddətli əzab verəcək kimsələr göndərəcəyini xəbər vermişdi. Həqiqətən, Rəbbin (günahkarlara) tezliklə əzab verəndir. Sözsüz ki, O, həm (tövbəkarları) bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev :
Вот твой Господь возвестил, что Он непременно будет насылать на них до Дня воскресения тех, кто будет подвергать их ужасным мучениям. Воистину, твой Господь скор в наказании. Воистину, Он Прощающий, Милосердный.
Ələddin Sultanov:
O zaman Rəbbin, həqiqətən, qiyamət gününə qədər onlara ən pis əzabı verəcək kimsələr göndərəcəyini elan etdi. Şübhəsiz ki, sənin Rəbbin cəzanı tezliklə verəndir. Həqiqətən, O bağışlayandır, mərhəmətlidir.
Kerbelayi Malik ağa:
Sənin Rəbbin qiyamət gününə qədər onlara ən şiddətli əzabı verəcək kimsələri mütləq göndərəcəyini bildirmişdi. Şübhəsiz ki, sənin Rəbbin tez cəza verəndir. Həqiqətən O, əlbəttə Ğafur Rəhimdir.
Ələsgər Musayev:
Onda Rəbbin elan etdi: «Qaldıracağam Mən üzərinə onların qiyamətin gününə qədər o kəsi ki, onları pis əzaba uğratmalı olacaq». Həqiqətən, Rəbbin sürətlidir iqaba həqiqətən, O Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
(yada sal) o zaman(ı) ki, Rəbbin Qiyamət gününədək onlara (yəhudilərə) həmişə mütləq ağır əzab verən kəslər göndərəcəyini elan etdi. Həqiqətən sənin Rəbbin tez cəza verən (eyni zamanda) çox bağışlayan mehribandır.
Kövsər Tağıyev:
Rəbbin, əlbəttə, qiyamət gününə qədər onlara əzabın ən şiddətlisini daddıracaq kimsələri göndərəcəyini bildirmişdi. Şübhəsiz, Rəbbin, əlbəttə, tez cəza verəndir. Şübhəsiz, o, çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman sənin Rəbbin qiyamət gününə qədər ən pis əzab verəcək kəsləri onların üzərinə göndərəcəyini bildirdi. Həqiqətən sənin Rəbbin tez cəza verəndir həqiqətən O, bağışlayandır, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
o zaman Rəbbin, qiyamət gününə qədər onların üstünə, onları həqiqətən ən pis əzaba məruz qoyacaq kəslər göndərəcəyini bildirdi. Şübhəsiz ki, Rəbbin, tez cəza verəndir. həqiqətən O, bəndələrinin günahlarını çox örtən, onları cəzalandırmayan əfvi bol olan, geniş mərhəmət sahibidir.