Hud Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər Rəbbindən açıq-aydın bir dəlilə istinad edən, ardınca Ondan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl rəhbər mərhəmət olmuş Musanın Kitabının (təsdiqlədiyi) kimsə (kafirə tay ola bilərmi)? (Müsəlmanlar) ona (Qurana) iman gətirirlər. Onu inkar edən firqələrin vəd olunduğu yer oddur. Sənin isə ona (Qurana) heç bir şübhən olmasın. Çünki bu, sənin Rəbbindən (gələn) haqdır, lakin insanların çoxu (buna) inanmır.
Bünyadov-Məmmədəliyev:
Məgər Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər mərhəmət olan kitabının (Tövratın) təsdiq etdiyi kimsə (dünyaya meyl edənlər, ona bel bağlayanlar kimi ola bilərmi)?! Bunlar (bu dəlilləri təsdiq edən müsəlmanlar) Qurana inanırlar. (Ya Rəsulum!) Quranı inkar edən zümrənin (bütün müşriklərin kafirlərin) vəd olunduğu yer Cəhənnəmdir. Artıq sən onun barəsində şübhəyə düşmə. O sənin Rəbbindən (gələn) haqdır, lakin insanların (Məkkə əhlinin) əksəriyyəti (buna) inanmaz!
Elmir Quliyev :
Разве тот, кто опирается на ясное доказательство от своего Господа, за которым следует свидетель от Него (Джибрил) и до которого руководством и милостью было Писание Мусы (Моисея), подобен неверующему? Они уверовали в него (Коран). А сектам, которые не уверовали в него, обещан Огонь. Не сомневайся в этом, ибо это истина от твоего Господа, хотя большая часть людей не верует.
Ələddin Sultanov:
Rəbbindən açıq-aydın bir dəlilə əsaslanan, Allah tərəfindən bir şahidin (Cəbrailin) izlədiyi ondan əvvəl Musanın rəhbər mərhəmət olan kitabının da şahidlik etdiyi kəs (başqaları kimi ola bilərmi)? Onlar (müsəlmanlar) ona inanırlar. Onu inkar edən zümrələrə vəd olunan yer cəhənnəmdir. Buna görə onun barəsində şübhə etmə! Şübhəsiz ki, o, sənin Rəbbindən gələn haqdır. Ancaq insanların çoxu iman gətirməz.
Kerbelayi Malik ağa:
Artıq Onun (Allah) tərəfindən bir şahidin, onu oxuduğu kimsəmi Rəbbindən qəti bir dəlil üzərində oldu ki; ondan əvvəl bir rəhbər bir rəhmət olaraq Musanın (ə.s) kitabı vardır? Onlar ona inanarlar. Bir topluluqdan onu inkar edən, beləcə ona vəd edilən yeri, atəş olan kimsəmi (Rəbbindən qəti bir dəlil üzərində oldu)? Bundan sonra ondan şübhə içində olma. Çünki o, sənin Rəbbindən bir haqdır. Lakin insanların çoxu mömin olmazlar (inanmazlar).
Ələsgər Musayev:
Ə, o kəs ki, Rəbbindən aydın ayətləri var tilavat edir onu şahid Onun tərəfindən ondan qabaq Musanın kitabı ki, rəhbər rəhmətdir həmin onlar inanır Onun ilə. Dəstədən kim kafir olur Onun ilə, vədəsi yanar oddur bunda şübhən olmasın. Həqiqətən, bu, haqdır Rəbbin tərəfindən lakin insanların əksəriyyəti inanmır!
A.Mehdiyev və D.Cəfərli:
Məgər (əməl etiqadında) öz Rəbbi tərəfindən (Qur’an kimi) aydın bir dəlil üzərində dayanan, ardınca Allah tərəfindən bir şahidi (məsumun təsdiqi, eləcə onun Qur’anın təsdiqi olan möcüzəsi ağılın hökmü) olan ondan qabaq Musanın rəhbər rəhmət olan kitabı olmuş bir şəxs (yalnız gümana şəkkə əsaslanan bir kəs kimidir)? (Bəli,) bu Qur’ana iman gətirənlər onlardır. dəstələrdən kim ona kafir olsa, onun vədə yeri oddur. Buna görə də, onun barəsində şəkk tərəddüddə olma. Şübhəsiz o, sənin Rəbbin tərəfindən olan sabit bir haqdır lakin insanların çoxu iman gətirmirlər.
Kövsər Tağıyev:
Rəbbinin qatından açıq bir dəlilə söykənən bir kəs yalnız dünyalıq istəyən kimsə kimi olarmı? Bu dəlili Rəbbindən bir şahid (Qur`an) bir ondan (Qur`andan) əvvəl bir öndər bir rəhmət olaraq (endirilən) Musanın kitabı (Tövrat) dəstəkləyir. Bunlar ona (Qur`ana) inanırlar. Dəstələrdən kim onu inkar edərsə, cəhənnəm odu onun gedəcəyi yerdir. Ondan heç şübhən olmasın. Şübhəsiz, o, Rəbbin tərəfindən (bildirilən) həqiqətdir. Lakin insanların çoxu inanmazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər öz Rəbbindən (gəlmiş) aşkar dəlilə istinad edən, özü ilə Ondan bir şahidi [Quranı] bundan əvvəl Musanın bir rəhbər mərhəmət kimi Kitabı olan kəs (bir başqasına bənzərmi)? Bunlar ona inanırlar. Bu dəstələrdən kim ona inanmazsa, onun vəd olunmuş yeri cəhənnəm odudur. Ona [Qurana] sənin heç bir şübhən olmasın. O, sənin Rəbbindən gələn bir haqdır, lakin insanların çoxu inanmır.
Sabirə Dünyamalıyeva:
Artıq dünyanı istəyənlər, heç Rəbbindən açıq-aydın bir dəlil ilə gələn Rəbbindən bir şahid təqib etdiyi qarşısında bir rəhbər mərhəmət olaraq Musanın kitabı olan kəsə tay ola bilərmi? Bax belə olanlar, Qurana inanar. Hansı əleyhdar qrupdan olursa olsun, kim Quranı ört-basdır etsə, ona vəd edilən yer atəşdir. Bax bütün bunlardan ötrü sən Qurandan əskik məlumat içində olma. Həqiqətən o, Rəbbindən bir haqqdır/gerçəkdir. Lakin insanların çoxu iman gətirmirlər.