Rəd Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, göydən su endirir vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axır. Sel üzə çıxmış bir köpüyü götürüb aparır. Bəzək şeyləri ya (başqa) əşyalar düzəltmək üçün (insanların) odda qızdırıb əritdikləri şeylərin üstündə buna bənzər bir köpük olur. Allah haqqa batilə belə misallar çəkir. Köpük yox olub gedir, insanlara fayda verən şeylər isə yerində qalır. Budur Allahın çəkdiyi misallar!
Bünyadov-Məmmədəliyev:
Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı. (Sudan əmələ gələn) sel, üstünə çıxan bir köpüyü alıb apardı. (Haqq din olan islam insanlara, torpağa həyat verən suya, müşriklərin etiqadı isə boş köpüyə bənzər). Bəzək şeyləri ya əşya (qab-qacaq) düzəltmək məqsədilə insanların od üzərində qızdırıb əritdikləri (qızıl, gümüş s. filizlərin) üstündə buna bənzər bir köpük vardır. Allah haqq ilə batili (sizdən ötrü) ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!
Elmir Quliyev :
Он ниспосылает с неба воду, и долины наполняются потоками в соответствии с их размерами. Поток несет пену, поднявшуюся на поверхность. Подобная же пена появляется на том, что раскаливают в огне для изготовления украшений или утвари. Такими притчами Аллах разъясняет истину и ложь. Пена будет выброшена, а то, что приносит людям пользу, останется в земле. Такие притчи приводит Аллах.
Ələddin Sultanov:
Allah göydən su endirdi. Beləcə, vadilər öz həcmlərinə görə sel olub axdı sel üstünə çıxan köpüyü apardı. Bəzək əşyaları, yaxud alət düzəltmək üçün odda qızdırıb əritdikləri şeylərdə onun kimi bir köpük vardır. Allah haqq batil üçün belə misallar çəkir. Köpük yox olar. Ancaq insanlara fayda verən şeylər yer üzündə qalar. Allah belə misallar çəkir. (Yuxarıdakı ayədə Allah-Təala haqqı haqq əhlini göydən yağan yağışa, batili batil əhlini isə suyun üzündəki köpüyə bənzətmişdir. Su insanlar üçün faydalıdır, ancaq köpüyün insanlara heç bir faydası yoxdur. Yenə bu ayədə möminlər qızıl gümüş mədənlərinə bənzədilmişlər ki, həqiqətən bunlardan insanlar çox faydalanırlar. Ancaq əridilən qızıl gümüşün köpüyü tullanır ondan heç kim istifadə etmir. Kafirlər məhz bu köpüyə bənzədilmişlər.)
Kerbelayi Malik ağa:
Səmadan su endirdi. Beləcə vadilər təqdir edildiyi qədər sel olub axdı. Sel üstə çıxan köpüyü götürüb apardı. Bəzək ya məişət əşyaları düzəltmək məqsədilə atəşdə yandırılan (əriyən) şeylərin (mədənlərin) üzərində onun kimi köpük meydana gələr. Allah haqq batilə belə misal verər. Sonra köpük yox olub gedər. Lakin insanlara faydası olan şeylər yer üzündə qalar. Allah belə misallar verər.
Ələsgər Musayev:
Səmadan su nazil edir, vadilər qədərincə dolub daşır. Sel, üzərində olan köpüyü alıb aparır. Zinət alətləri ev əşyaları əldə etmək üçün odda əritdikləri üzərində buna bənzər köpük olur. Allah haqq batilə belə məsəl vurur. Amma köpük tezliklə aradan gedir. Amma ki, insanların xeyrinədir, ərzdə qalır. Allah belə məsəllər vurur
A.Mehdiyev və D.Cəfərli:
(Allah) göydən (yağış, qar dolu şəklində) su nazil etdi. Beləliklə çaylar(ın hər biri) öz tutumu miqdarında (su götürərək) axdı sel öz üzərində köpük apardı. Həmçinin (ocaqlarda) zinət bəzək əşyaları ya yaşayış vasitələri əldə etmək məqsədilə üzərində od yandırılan şeydə (mədənlərin qarışıq torpağında da) selin köpüyü kimi köpük vardır. Allah haqq ilə batili belə misal çəkir (həqiqətlər su filizlər, batillər isə onların köpükləridir). Amma o köpük bir kənara gedərək məhv olur, (sular ərimiş filizlər kimi) insanlara fayda verən şey isə yerdə qalır. Allah misalları belə çəkir.
Kövsər Tağıyev:
O, göydən su endirdi, vadilər öz tutumlarına görə dolub axdı sel üstə çıxan köpüyü apardı. Bəzək əşyası ya istifadə ediləcək bir şey əldə etmək üçün odda əritdikləri şeylərdən böyük köpük yaranır. Allah haqq ilə batilə belə misal çəkir. Köpüyə gəlincə o, sönüb gedər. İnsanlara faydalı olan isə yerdə qalar. Allah belə misallar çəkir.
M.Qənioğlu və T.Bilaloğlu:
O səmadan su endirdi. Su quru vadiləri qədərincə doldurub axdı, sel qabarmış köpükləri alıb apardı. Bəzək-düzək qab-qaşıq düzəltmək üçün od üstündə qaynadılan şeylərin [mis, gümüş s.] buna bənzər köpüyü olur. Allah haqqı batili belə misal göstərir. Köpük dağılıb gedir, insanlara fayda verən şeylər isə yerdə qalır. Allah misalları belə çəkir.
Sabirə Dünyamalıyeva:
Allah, göydən bir yağmur endirdi, vadilər öz tutumunda sel olub axdılar. Sonra da sel, suyun üzünə çıxan bir köpüyü götürüb apardı. Bir zinət əşyası [düzəltmək] ya bir fayda əldə etmək məqsədi ilə atəşdə əritdiklərinin üstündə oxşar bir köpük var. -Allah, haqq batilə belə misal çəkər.- Sonra köpük məhv olub gedər, insanlara faydası olan isə qalar. Allah, bax belə misal çəkir.