Kəhf Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Orada olsaydın) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə onlardan uzaqlaşıb sol tərəfə addadığını, onların da mağaranın içində geniş bir yerdə yerləşdiklərini görərdin. Bu, Allahın dəlillərindəndir. Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Əgər o zaman onlara baxsaydın) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini (mağaranın içinə düşüb onları yandırmadığını), onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını (küləyin onları oxşadığını rahat nəfəs aldıqlarını) görərdin. Bu, Allahın möcüzələrindəndir. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı (zəlalətə saldığı) kimsəyə isə əsla doğru yolu göstərən bir dost (rəhbər) tapa bilməzsən!
Elmir Quliyev :
Ты увидел бы, что солнце на восходе уклонялось от их пещеры вправо, а на закате отворачивалось от них влево. Они же находились в середине пещеры. Это были некоторые из знамений Аллаха. Тот, кого Аллах ведет прямым путем, следует прямым путем. Тому же, кого Он вводит в заблуждение, ты не найдешь ни покровителя, ни наставника.
Ələddin Sultanov:
Günəşin doğarkən onların mağarasının sağ tərəfinə meyil etdiyini, batarkən onlara dəymədən sol tərəfə keçdiyini görərdin. Onlar isə orada geniş bir yerdə yatırdılar. Bu, Allahın möcüzələrindəndir. Allah kimi hidayətə yönəldərsə, o, doğru yoldadır, kimi haqq yoldan azdırarsa, artıq ona doğru yolu göstərən bir dost tapa bilməzsən!
Kerbelayi Malik ağa:
Günəşin doğduğu zaman mağaralarının sağ tərəfindən gəldiyini batdığı zaman sol tərəfdən onların yanlarından keçdiyini görərsən. Onlar mağaranın geniş bir sahəsində idilər. Bu Allahın ayələrindəndir (möcüzələrindəndir). Allah kimi Özünə hidayət etsə, o hidayətə ərmişdir. Kimi dəlalətdə buraxsa artıq onun üçün vəli mürşid (irşad edən övliya) tapılmaz.
Ələsgər Musayev:
Sən görürsən şəmsi onda ki, doğur, mağarada onların sağ tərəfindən düşür onda ki, qürub edir, onların sol tərəflərinə dolanır onlar orada azad yerdədirlər. Bu, Allahın ayətlərindəndir. Kimi hidayət etsə Allah o, hidayət olunub kimi zəlalətdə tərk etsə, onun üçün tapa bilməzsən mürşid olan dost.
A.Mehdiyev və D.Cəfərli:
(mağaraları ekvator xəttinin şimalında, mağaranın ağızı isə cənub qütbünə tərəf olduğu üçün) günəş çıx(ıb yuxarı qalxmağa başlay)an zaman onu onların mağaralarından (onun önündən) sağ tərəfə meyl edən (və şüasını mağaraya saçan), batanda isə (şüasını) onların sol tərəfindən kəsərək əyilən görərsən onlar həmin mağaranın geniş bir yerində idilər. Bu, Allahın nişanə möcüzələrindəndir. Allah kimi hidayət etsə o, həqiqi yolu tapmışdır kimi öz zəlalətində boşlasa, onda onun üçün əsla doğru yol göstərən bir köməkçi başçı tapmazsan.
Kövsər Tağıyev:
(Orada olsaydın,) günəş doğduğu zaman onların mağaralarının sağ tərəfinə meyl etdiyini, batarkən (ışığı) onlara toxunmadan sol tərəfə getdiyini görərdin. Özləri isə mağaranın geniş bir yerində idilər. Bu, Allahın möcüzələrindəndir. Allah kimə hidayət edərsə, o doğru yolun yolçusudur. Kimi zəlalətə düçar edərsə, artıq ona doğru yolu göstərən bir dost tapa bilməzsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən baxsaydın görərdin ki, (qızmar) günəş doğduqda onların mağarasından sağa meyl edir, batarkən onların sol tərəfindən sovuşur, onlar isə mağaranın geniş sərin bir yerindədirlər. Bu, Allahın dəlillərindəndir. Axı Allah kimə yol göstərərsə, o, düz yolda olar, kimi azdırarsa, sən onun üçün bir himayəçi, yol göstərən tapa bilməzsən.
Sabirə Dünyamalıyeva:
sən görəcəksən ki, vəhyi rəhbər tutaraq bir araşdırma apardıqda xeyirli bir nəticə alınar, əks halda mənasız bir görülər. Özləri ondan geniş bir boşluqdadırlar. Bu, Allahın işarətlərindən/nişanələrindəndir. Allah kimə bələdçilik etdisə artıq o, yönləndirildiyi doğru yolu tapmışdır. Allah kimi yoldan azdırdısa, artıq sən ona yol göstərən yaxın bir kimsəni əsla tapa bilməzsən.