Əlixan Musayev:
De: “Əgər Allah sizə bir pislik (etmək) istəyərsə, sizi Ondan kim qoruya bilər? Ya da sizə bir yaxşılıq (etmək) istəsə, (Ona kim mane ola bilər)?” Onlar özləri üçün Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər.
Bünyadov-Məmmədəliyev:
De: “Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq (mərhəmət) diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar (münafiqlər) özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər.
Elmir Quliyev
:
Скажи: "Кто защитит вас от Аллаха, если Он пожелает вам зла? А если Он пожелает оказать вам милость?" Они не найдут для себя вместо Аллаха ни покровителя, ни помощника.
Ələddin Sultanov:
De: “Əgər Allah sizə pislik etmək istəsə, sizi Ondan kim qoruya bilər, yaxud O sizə mərhəmət etmək istəsə, (buna kim mane ola bilər)?” Onlar özləri üçün Allahdan başqa nə bir dost, nə də bir yardımçı tapa bilərlər.
Kerbelayi Malik ağa:
De ki: ‘Əgər Allah sizin üçün bir pislik diləsə, sizi Allahdan kim qoruya bilər? Yaxud sizin üçün rəhmət diləsə...’ Onlar Allahdan başqa özlərinə dost və köməkçi tapa bilməzlər.
Ələsgər Musayev:
De: «Kimdir o kəs ki, sizi Allahdan qoruya,
əgər O sizə pislik istəyə, ya rəhmət istəyə? Tapa bilməzlər
özləri üçün Allahın əvəzinə Vəli və Nəsir!
A.Mehdiyev və D.Cəfərli:
De: «Əgər Allah sizə bir pislik və əzab, yaxud bir yaxşılıq və mərhəmət istəsə, Ondan (Onun iradəsindən, istəyindən) sizi kimdir qoruyan?! Və əsla onlar özləri üçün Allahdan savayı bir hami və yardımçı tapmazlar».
Kövsər Tağıyev:
De ki: “Əgər Allah sizə bir yamanlıq diləsə, sizi Allahdan kim qoruyar? Yaxud sizə bir rəhmət diləsə, buna kim mane olar?” Onlar özlərinə Allahdan başqa heç bir dost və heç bir yardımçı tapa bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Əgər Allah sizə bir pislik və ya yaxşılıq etmək istərsə, bunda kim Ona mane ola bilər?" Onlar Allahdan başqa özlərinə nə bir havadar, nə də yardım edən taparlar.
Sabirə Dünyamalıyeva:
De ki: "Əgər Allah sizin üçün bir yamanlıq diləsə yaxud sizə bir mərhəmət [yaxşılıq] diləsə, sizi Allahdan kim qoruya bilər?" Həm də onlar özlərinə Allahın altındakılardan yol göstərən, himayəçi bir yaxın tapa bilməzlər, bir köməkçi də [tapa bilməzlər].