Fəth Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Döyüşə getməməkdə) kora günah yoxdur, çolağa günah yoxdur, bir xəstəyə günah yoxdur. Kim Allaha Onun Elçisinə itaət etsə, (Allah) onu (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edər. Kim üz döndərsə, ona ağrılı-acılı bir əzab verər.
Bünyadov-Məmmədəliyev:
(Cihada getməməyə görə) kora günah gəlməz, topala-şilə günah gəlməz, bir xəstəyə günah gəlməz. Kim Allaha Peyğəmbərinə itaət etsə, (Allah) onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Kim (onlardan) üz döndərsə, (Allah) onu şiddətli bir əzaba düçar edər!
Elmir Quliyev :
Нет греха на слепом, и нет греха на хромом, и нет греха на больном. Кто подчинится Аллаху и Его Посланнику, того Он введет в Райские сады, в которых текут реки. А кто отвернется, того Он подвергнет мучительным страданиям.
Ələddin Sultanov:
(Döyüşə getmədiklərinə görə) kora, topala xəstəyə günah yoxdur. Kim Allaha Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Kim üz döndərərsə, Allah ona acı bir əzab verəcəkdir.
Kerbelayi Malik ağa:
Korlara, topallara xəstələrə bir günah yoxdur. Kim Allaha Onun Rəsuluna itaət edərsə, altından çaylar axan cənnətlərə daxil edər. Kim dönərsə, ona ağrılı-acılı əzabla əzab edər.
Ələsgər Musayev:
Yoxdur üzərində çətinlik korun yoxdur üzərində çətinlik şikəstin yoxdur üzərində çətinlik xəstənin. kim itaət edir Allaha Onun rəsuluna, O daxil edər onu bağlara cari olur altından onun nəhrlər. Kim üz döndərərsə, O əzab edər ona ələmli əzabla.
A.Mehdiyev və D.Cəfərli:
(Cihadda iştirak etməməyə görə) kora da günah yoxdur, topala da günah yoxdur, xəstəyə günah yoxdur. Kim Allaha Onun Peyğəmbərinə itaət etsə, (Allah) onu (ev ağaclarının) altından çaylar axan cənnətlərə daxil edər. Kim üz döndərsə ona ağrılı bir əzab verər.
Kövsər Tağıyev:
Kora çətinlik yoxdur, topala çətinlik yoxdur, xəstəyə çətinlik yoxdur. (Bunlar savaşa qatılmaq məcburiyyətində deyillər.) Kim Allaha peyğəmbərinə itaət edərsə, Allah onu içlərindən çaylar axan cənnətlərə qoyar. Kim üz döndərərsə, onu ağrılı-acılı bir əzaba düçar edər.
M.Qənioğlu və T.Bilaloğlu:
(Döyüşə getməməyə) görə kora günah olmaz, çolağa günah olmaz, xəstəyə günah olmaz. Kim Allaha Onun peyğəmbərinə itaət edərsə, O, onu dibindən caylar axan cənnət bağlarına daxil edər, kim üz döndərərsə, ona üzücü bir əzab edər.
Sabirə Dünyamalıyeva:
Kor üçün bir günah yoxdur, topal üçün bir günah yoxdur, xəstə üçün bir günah yoxdur. Bununla birgə, kim Allaha Elçisinə itaət etsə, Allah onu altından çaylar axan cənnətlərə daxil edər. Kim üz döndərsə, ona ağrılı-acılı bir əzab verər.